Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan əl çəkdi, Kreml əl çəkmədi

By Vüsal Rafiqoğlu
02.09.2025 3 Min Read

Rusiyanın 10 noyabr üçtərəfli bəyanatından yapışmasının sirri

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib. Zaxarova ötən həftə sonuna yaxın keçirdiyi brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb.

Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ötən gün brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. “9 noyabr 9 noyabrda qaldı”, – Paşinyan əlavə edib.

“Rusiyanın bu ilin noyabrında 5 ili tamam olacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına istinad etməsi Kremlin saman çöpündən yapışmasına bənzəyir. Məsələ bitib”. Politoloq Elxan Şahinoğlu Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı 2020-ci il 9/10 noyabr bəyanatına istinad etməsi haqda özünün sosial media hesabında belə qeyd edib.

“Birincisi, 9/10 noyabr bəyanatı qəbul ediləndə Qarabağda separatizmin kökü hələ kəsilməmişdi, ərazi bütövlüyümüzü tam təmin etməmişdik. Azərbaycan bəyanatın qəbulunun 3-cü ilində ərazi bütövlüyünü təmin etdi. İkincisi, rus hərbçiləri evlərinə yola salınıblar. Üçüncüsü, Vaşinqtonda qəbul olunan razılaşmaya görə, Zəngəzur dəhlizinin tikintisi və işlədilməsi ilə bağlı konsorsium qurulacaq və sənəddə dəhlizi Rusiya hərbi qüvvələrinin qoruyacağına dair bənd yoxdur. Bütün bunlar ortada varkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, “2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil”. Bu lap özü olmayan, ancaq quru adı qalan Minsk Qrupunun “varlığına” bənzəyir ki, o da son günlərini yaşayır. Kremlin İrəvanla və Bakı ilə münasibətləri soyuqdur, üç iştirakçıdan ikisi 9/10 noyabrın tarixdə qaldığını bildirirsə, üçüncünün israrla “bəyanat qüvvədədir” xatırlatmasının heç bir əsası yoxdur”, – o bildirib. 

Rusiya 10 noyabr sənədindən əl çəkməməklə nəyəsə nail ola bilərmi? Paşinyana dəstək olaraq rəsmi Bakı da oxşar açıqlama ilə çıxış edərək Rusiyanı və Zaxarovanı pat vəziyyətinə salmalı deyilmi?

Azər Həsrət deputatlığa namizəd oldu Pravda.az

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, faktiki olaraq 10 noyabr üçtərəfli bəyanatı qüvvədən düşüb: “Çünki bəyanatın tərəflərindən ikisi Ermənistanla Azərbaycan öz aralarında razılığa gəliblər və vasitəçiyə ehtiyac qalmayıb. Üstəlik də həmin bəyanatda nəzərdə tutulan məsələlərlə bağlı Azərbaycanla Ermənistan arasında ortaq fikir birliyi var. Bu baxımdan yanaşsaq, əslində Mariya Zaxarovanın dedikləri söz oyunu ilə məşğul olmaqdır. Yəqin ki, Azərbaycan da yaxın vaxtlarda 10 noyabr üçtərəfli bəyanatı ilə bağlı mövqeyini daha aydın şəkildə ifadə edəcək. Azərbaycan öz addımları ilə göstərir ki, artıq həmin sənəd qüvvədən düşüb, bitib. İndi, sadəcə olaraq, həmin bəyanatın qüvvədən düşdüyünü fiziki olaraq bəyan etməyin vaxtıdır. Azərbaycanla Ermənistan Rusiya olmadan da ortaq məxrəcə gəliblər, anlaşıblar. Burada Rusiyalıq heç nə qalmayıb. Məncə, Ermənistanla Azərbaycan bir araya gəlib bəyanatın qüvvədən düşdüyünü bəyan etməli və bu haqda da Rusiyaya məlumat verməlidirlər. 10 noyabr üçtərəfli bəyanatının bu günəcən yalnız sonuncu-9-cu bəndinin tələbləri həyata keçməyib. Bu bənd kommunikasiyaları – Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur ki, bu məsələ barədə də artıq Azərbaycanla Ermənistan arasında 8 avqustda Vaşinqtonda razılaşma imzalanıb. Yəni bu məsələnin də həlli prosesi gedir. Odur ki, artıq 10 noyabr üçtərəfli bəyanatının bundan sonra əhəmiyyəti də qalmır”.

Siyasi şərhçi hesab edir ki, Rusiya, sadəcə olaraq, Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması prosesində məhz Rusiyanın orbitr – vasitəçi olmasına nail olmaq üçün 10 noyabr üçtərəfli bəyanatından yapışıb: “Lakin cəhdlər boşunadır, Rusiya 10 noyabr sənədindən əl çəkməməklə istədiyinə nail ola bilməyəcək”.

todaypress.az | İlyas Hüseynov: “Roma statutu Ermənistana kömək edə  bilməyəcək”

 İlyas Hüseynov

Sosial Tədiqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanatı ilə bağlı dedikləri Rusiyada ciddi rezonans yaradıb: “Ədalət naminə deməliyik ki, əslində imzanın geri çağırılması prosesi baş verməyib. Sadəcə olaraq, Paşinyan deyib ki, bu bəyanat aktuallığını itirib və elə 10 noyabrda qalıb. Lakin geosiyasi proseslər də onu göstərir ki, 10 noyabr üçtərəfli bəyanatının hüquqi təsiri yoxdur. Eyni zamanda burada kifayət qədər ciddi dəyişikliklər baş verib və yeni reallıqlar formalaşıb. Yeni prioritetlər meydana gəlib. Bu baxımdan, 10 noyabr üçtərəfli bəyanatının təsir mexanizmlərinin itirilməsi ilə Rusiya barışmalıdır. Rusiyanın əlində təsir rıçaqları olsa da başı Ukrayna cəbhəsinə qarışdı və Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addımlar atılmadı. Rusiya bunu etmədi. İndi yeni vəziyyət və 8 avqust Vaşinqton razılaşmaları Moskvanı pərt vəziyyətində qoyub. Ona görə də 10 noyabr üçtərəfli bəyanatından yapışmaqla prosesdə iştirakçılığını təmin etmək istəyir. Amma nəticə dəyişməz olaraq qalır. 10 noyabr bəyanatı haqqında danışmaq aktuallıqdan uzaqdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıdan Ermənistana verilən hərbi dəstəyə zərbə

Next

Kredit faizləri ilə əmanət faizləri arasında uçurum

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv