Gündəm 

Rusiya XİN-dən “AZAL” təyyarə qəzası ilə bağlı YENİ AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi bəzi KİV və bloqerlərin AZAL təyyarəsinin qəzası ilə bağlı guya sığorta ödənişlərinin edilmədiyi barədə iddialarını təkzib edib.

Musavat.com-un xəbərinə görə, nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün ümumilikdə 1 milyard 3 milyon rubl sığorta ödənişi həyata keçirilib.

Bundan əlavə:

  • Rusiya vətəndaşlarından 15 nəfərdən 7-si üzrə tam ödənişlər edilib;

  • Azərbaycan vətəndaşlarından 38 nəfərdən 35-i üzrə ödənişlər tamamlanıb;

  • Qırğızıstan vətəndaşlarından 3 nəfər üzrə ödəniş olunub;

  • Qazaxıstan vətəndaşlarından isə 6 nəfərdən 1-i üzrə ödənişlər həyata keçirilib.

Ümumilikdə qəza nəticəsində xəsarət alan sərnişinlərə və həlak olanların ailələrinə 358,4 milyon rubl ödənilib.

XİN-in bəyanatında deyilir:

“Biz yenə də faciədən siyasi məqsədlərlə istifadə edən, emosional reaksiya doğurmağa hesablanmış spekulyativ dezinformasiya ilə üzləşirik. Bu cür uydurmalar həqiqətə uyğun deyil. Bu, yalandır”.

Daha çox xəbərlər