Cəmiyyət 

Azərbaycanda yeni medal təsis edilir

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə medal təsis edilir.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik gündəliyə daxil edilib.

Müzakirələrdən sonra qanuna dəyişiklik birinci oxunuşda təsdiq olunub.

Daha çox xəbərlər