Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Kağız jurnallar ləğv olunur – yeni tədris ilindən “Rəqəmsal məktəb” sistemi tətbiq ediləcək

By Vüsal Rafiqoğlu
05.09.2025 3 Min Read

Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən məktəblərdə kağız jurnalların ləğv edilməsi və bütün proseslərin yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılması təhsil sistemində mühüm yenilikdir. Bu qərar sadəcə bir texniki dəyişiklik deyil, əslində, idarəetmənin müasirləşməsi, şəffaflığın təmin edilməsi və tədris keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından strateji addımdır. İndiyədək müəllimlər eyni məlumatı həm kağız, həm də elektron formada doldurmaq məcburiyyətində qalırdılar ki, bu da əlavə vaxt itkisinə, bəzən də qeyri-dəqiqliklərə səbəb olurdu. Artıq bütün proses vahid platforma üzərindən aparılacaq və bu, müəllimlərin iş yükünü yüngülləşdirməklə yanaşı, idarəetmədə çevikliyi artıracaq.

Statistik məlumatlar göstərir ki, yalnız Bakı şəhərində 500 mindən çox şagird təhsil alır və bu, minlərlə sinif deməkdir. Hər bir sinif üçün illik jurnallar çap olunması on minlərlə kağız dəftərin istifadəsi ilə nəticələnirdi. Hər bir jurnalın orta hesabla 200 səhifə olduğunu nəzərə alsaq, ildə yüz minlərlə vərəq çap edilirdi. Bu, həm maliyyə baxımından əlavə xərc idi, həm də ekoloji baxımdan ciddi yük yaradırdı. Rəqəmsal jurnal tətbiqi ilə bu xərclərə qənaət olunacaq, resursların istifadəsi daha səmərəli olacaq. Əlavə olaraq, müəllimlər kağız doldurmağa sərf etdikləri vaxtı dərsin keyfiyyətinə həsr edə biləcəklər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 29-cu maddəsində qeyd edilir ki, təhsil müəssisələrinin idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təmin olunmalıdır. Elm və Təhsil Nazirliyinin bu qərarı həmin qanunun müddəalarının icrası baxımından tam əsaslıdır. Burada yalnız texnologiyanın tətbiqi deyil, eyni zamanda təhsil prosesində valideynlərin məlumatlandırılma hüququnun təmin olunması da mühüm əhəmiyyət kəsb edir. Artıq valideynlər övladlarının davamiyyətini, qiymətlərini və məktəbdəki fəaliyyətini operativ şəkildə izləyə biləcək, məlumat üçün müəllim və ya direktorun subyektiv münasibətindən asılı olmayacaqlar. Bu da təhsil prosesində müdaxilələri azaldacaq və valideyn–məktəb münasibətlərini daha şəffaf edəcək:
Kağız jurnallar ləğv olunur – yeni tədris ilindən "Rəqəmsal məktəb" sistemi tətbiq ediləcək“Dünya təcrübəsinə nəzər salanda görürük ki, bu addım zamanında atılıb. Estoniyada “eKool” sistemi uzun illərdir tətbiq olunur və valideynlər, müəllimlər, şagirdlər bütün prosesləri onlayn izləyirlər. Finlandiyada və Sinqapurda da kağız jurnal anlayışı çoxdan aradan qaldırılıb və tədris nəticələri yalnız elektron platformalarda qeydə alınır. Bu ölkələrdə valideynlər övladlarının dərsə davamiyyətini və qiymətlərini hər gün izləyə bilir, müəllimlər isə artıq inzibati işlərə deyil, pedaqoji fəaliyyətə daha çox vaxt ayırırlar. Azərbaycan da bu istiqamətdə addım ataraq dünya təcrübəsinə uyğunlaşır və təhsil sistemini rəqəmsal transformasiyanın bir parçasına çevirir.

Müsbət tərəflərin içində ən diqqətəlayiq olanı vaxta qənaətdir. Müəllimlərin inzibati yükü azalacaq, onlar daha çox dərsin məzmununa və şagirdlərlə işləməyə fokuslana biləcəklər. Valideynlər operativ qiymətlərdən və davamiyyətdən xəbərdar olacaq, məktəbdə baş verən proseslərdən kənarda qalmayacaqlar. Ən əsası isə bu sistem müdaxilələrin qarşısını alacaq. Əvvəllər bəzi hallarda jurnallara qeyri-qanuni müdaxilələr olur, qiymətlər dəyişdirilir, nəticələr manipulyasiya edilirdi. “Rəqəmsal məktəb” platformasında isə bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə saxlanılacaq, müəllimlər, valideynlər və məktəb rəhbərliyi eyni anda eyni məlumatı görəcək. Bu, həm hesabatlılıq, həm də obyektivlik baxımından mühüm addımdır.

Bununla yanaşı, etiraf edilməlidir ki, bu prosesdə bəzi çətinliklər də ola bilər. İnfrastruktur bütün məktəblərdə eyni səviyyədə deyil, xüsusilə internetin keyfiyyəti bəzi yerlərdə zəifdir. Həmçinin yaşlı müəllimlərin bir qismi rəqəmsal bacarıqlarda çətinliklər yaşaya bilər. Lakin Elm və Təhsil Nazirliyi son illərdə müəllimlər üçün rəqəmsal bacarıqlar üzrə təlimlər təşkil edir, məktəblərin texniki təminatını gücləndirir və bu istiqamətdə paralel işlər aparır. Bu, onu göstərir ki, islahat yalnız qərar yox, eyni zamanda icra mexanizmləri ilə də dəstəklənir.

Ümumilikdə, rəqəmsal jurnallara keçid təhsil sistemində idarəetmənin müasirləşməsi, şəffaflığın artırılması və valideynlərin prosesə daha çox cəlb olunması baxımından çox müsbət bir addımdır. Elm və Təhsil Nazirliyi bu qərarla göstərdi ki, yalnız ənənəyə bağlı qalmaqla deyil, müasir çağırışlara cavab verən islahatlarla təhsilin keyfiyyətini yüksəltməyə çalışır. Bu islahat həm müəllimlərin iş yükünü yüngülləşdirəcək, həm valideynləri prosesə daha yaxın edəcək, həm də ümumilikdə təhsil sisteminin rəqəmsal transformasiyasına mühüm təkan verəcək. Nazirliyin bu sahədə atdığı addım tərifəlayiqdir və gələcəkdə təhsilin inkişafına real təsir göstərəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Sosial şəbəkə asılılığı insanın həyat keyfiyyətini aşağı salır” – Psixoloq

Next

Boşanma, kredit və borc yükü – Məhkəmələr hansı qərarı verir?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv