Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Orqan transplantasiyası ilə bağlı üzücü statistika – 459 uşaq…

By Vüsal Rafiqoğlu
11.09.2025 3 Min Read

Zülfüqar Yusifov: “Böyüklərə nisbətən uşaqlar üçün donor tapmaq çox çətindir…” 

2025-ci ilin son statistikasına əsasən, 28 uşağa orqan transplantasiyası həyata keçirilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda 459 uşaq orqan transplantasiyası üçün növbədədir. 

Bəs niyə vəziyyət bu cür ağırdır? Dövlət hansı dəstəyi verə bilər? Ümumiyyətlə, ölkəmizdə əsasən hansı orqanların transplantasiyası aparılır?

Mütəxəssislər qeyd edir ki, Azərbaycanda bu sahədə əsasən problem donor çatışmazlığıdır. Orqan donorluğu barədə ictimai maarifləndirmə yetərli deyil, yəni çox vaxt insanlar orqan bağışlamağa psixoloji və dini tərəddüdlərlə yanaşırlar. Uşaqlarda uyğun donor tapmaq problemi də var. Belə ki, böyüklərdə donor orqanı tapmaq nisbətən asandır, amma uşaqlarda həm yaş, həm də bədən ölçüləri uyğun donorun tapılmasını daha da çətinləşdirir.

Bundan başqa, gözləmə siyahısının çoxluğu da bu məsələyə öz təsirinin göstərir. Ağır böyrək, qaraciyər, ürək çatışmazlığından əziyyət çəkən uşaqların sayı ildən-ilə artır. Bu isə təkliflə (donor orqanı ilə) tələbin (ehtiyacı olan uşaqların) balanssızlığını dərinləşdirir.

Həmçinin məlum olduğu kimi, transplantasiya çox bahalı və mürəkkəb əməliyyatdır, bütün mərkəzlərdə aparılmır. Əksər hallarda uşaqlar xüsusi ixtisaslaşmış klinikalarda müalicə olunmalıdır.

Araşdırmalar onu göstərir ki, ölkəmizdə əsasən aşağıdakı orqanların transplantasiyası aparılır.

Böyrək transplantasiyası – həm uşaqlarda, həm böyüklərdə ən çox aparılan əməliyyatdır. Xroniki böyrək çatışmazlığı olan uşaqlar dializdən çıxmaq üçün transplantasiyaya ehtiyac duyurlar.

Qaraciyər transplantasiyası – xüsusən doğuşdan gələn qaraciyər xəstəlikləri, sirroz və öd yollarının anadangəlmə problemləri zamanı aparılır.

Ürək transplantasiyası – nadir hallarda həyata keçirilir, çünki donor tapmaq çox çətindir və əməliyyat daha mürəkkəbdir.

Sümük iliyi transplantasiyası – əsasən onkoloji və hematoloji xəstəliklərdə (leykoz, talassemiya və s.) aparılır, uşaqlar arasında da geniş yayılmış ehtiyacdır.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da orqan transplantasiyası məsələsi tibbin prioritet problemlərindən biridir: “Bizim ölkədə son illərdə bu istiqamətdə əhəmiyyətli addımlar atılmasına baxmayaraq, rəqəmlərdən göründüyü kimi, ciddi çatışmazlıqlar da mövcuddur. Qeyd etmək lazımdır ki, uşaqlarda orqan transplantasiyasına ehtiyac daha çoxdur. Əslində böyüklərlə müqayisədə uşaqlarda qaraciyər və böyrək transplantasiyası daha geniş tələb olunur. Bundan başqa, xüsusilə qan xəstəlikləri nəticəsində sümük iliyi transplantasiyasına böyük ehtiyac yaranır. Bu, bir qədər fərqli sahədir, lakin ön sırada qaraciyər, böyrək, bəzən isə ağciyər transplantasiyası dayanır. Bütün hallarda ehtiyacın ödənilməsi birbaşa donorun mövcudluğu ilə şərtlənir”.

Zülfüqar Yusifov qeyd edib ki, uşaqlarda vəziyyət böyüklərlə müqayisədə daha mürəkkəbdir: “Çünki burada donor tapmaq daha çətindir. Donorların meydana çıxması yalnız müəyyən hallarda, qəza nəticəsində həyatını itirmiş uşaqlardan bioloji ölüm qeydə alınmadan götürülən orqanlar vasitəsilə mümkündür. Bu isə ölkəmizdə mentalitet, dini-psixoloji faktorlar və eyni zamanda hüquqi boşluqlar səbəbindən çox mürəkkəb məsələdir. Böyüklərdə insanlar sağlıqlarında orqanlarını bağışlamaq barədə qərar verə, donor müqaviləsi bağlaya bilirlər. Uşaqlarda isə bu proses mümkün deyil, çünki onların hüquqi statusu fərqlidir. Bu səbəbdən də uşaqlarda donor çatışmazlığı daha ciddi şəkildə özünü göstərir”.

Baş həkim həmçinin qeyd edib ki, transplantasiya prosesi olduqca mürəkkəb bir əməliyyatdır, ona görə də bu sahədə adekvat tibbi şərait, ixtisaslı həkim kadrları mütləqdir: “Uşaqlarla bağlı transplantasiya xidmətləri böyüklərlə müqayisədə bir neçə addım geri qalır və bu da mövcud problemlərin əsas səbəblərindən biridir.

Hazırda Səhiyyə Nazirliyi və müvafiq qurumlar tərəfindən donorluq məsələsi ilə bağlı təbliğat-təşviqat kampaniyaları aparılır, müəyyən real addımlar atılır. Artıq əhali arasında da orqanlarını könüllü olaraq bağışlayan şəxslərə rast gəlmək olur. Bunların hamısı əhəmiyyətli nailiyyətlərdir. Lakin bunlar hələ başlanğıc mərhələsidir və problemin qlobal miqyasda həll olunması üçün kifayət etmir. Yəqin ki, gələcəkdə bu istiqamətdə daha ciddi işləmək, daha genişmiqyaslı maarifləndirmə aparmaq lazımdır, eyni zamanda cəmiyyətin mental baxışları dəyişməli, tibbi strukturların isə bu prosesə uyğunlaşdırılması istiqamətində daha mühüm addımlar atılmalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan kürünü xaricə neçəyə satır?

Next

TƏBİB-də və İTS Agentliyində yoxlamalar genişləndi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv