Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezidentin Qlobal Cənub çağırışının şifrələri

By Vüsal Rafiqoğlu
11.09.2025 4 Min Read

Azərbaycan dünyanın əyilən nizamının düzəlməsi üçün Qlobal Şimalın qarşısına alternativ çıxmasında maraqlıdır 

“Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir. Buna baxmayaraq, təəssüf ki, qitə ölkələrinin də daxil olduğu Qlobal Cənub əhəmiyyətli qərarların qəbulu prosesində kifayət qədər təmsil olunmur”. 

Bunu Prezident İlham Əliyev “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində belə deyib.

Prezident qeyd edib ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər: “Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır”.

Prezidenti İlham Əliyev ilk dəfə deyil ki, bu cür çağırış edir. Prezident mötəbər tədbirlərdə çıxışlarında BMT TŞ-nin bir daimi yerinin mütləq İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına verilməsini təklif edib. Prezident xüsusi vurğulayıb ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Dünya əhalisinin 80%-nin yaşadığı – Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi sirr deyil. Məlumdur ki, 1991-ci ildə SSRİ süqut edəndən sonra ikiqütblü dünyaya son qoyuldu və Yer kürəsinin ən mühüm siyasi, iqtisadi və hərbi problemləri okeanın o tayından, yəni Vaşinqtondan idarə olunmağa başlanıldı.

O dönəmdə bugünkü Qlobal Cənubun sələfi olan Üçüncü Dünya ölkələri dünyanın zəngin dövlətləri üçün ucuz xammal və işçi qüvvəsi mənbəyi rolunu oynayırdılar. Lakin XXI əsrin əvvəllərindən Çin iqtisadi və hərbi cəhətdən sürətlə güclənərək dünyanın ikinci ən böyük iqtisadi və hərbi gücünə çevrildi. Pekin bir çox mühüm göstəricilər üzrə ABŞ-ı daban-dabana izləməyə başladı və bu proses bu gün də davam edir.

Pekin başa düşür ki, “Kollektiv Qərb”ə qarşı təkbaşına mübarizə aparmağa gücü çatmayacaq. Ona görə də öz “komandasını” formalaşdırmağa çalışır. Bu məqsədlə Rusiya, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası-BRİKS adlı təşkilat yaradıldı. Məhz bu qurum hazırda faktiki olaraq Qlobal Cənubun əsas nüvəsini təşkil edir.

İlham Əliyevin davamlı olaraq BMT-də islahatlar və Qlobal Cənub çağırışının şifrələri nədir?

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

 Xəyal Bəşirov

“Yeni Müsavat”a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, SSRİ süqut edəndən sonra ikiqütblü dünyaya son qoyuldu və problemlər Vaşinqtondan idarə olundu: “İkinci Dünya müharibəsi bitəndən sonra nüfuzlu beynəlxalq qurumlar da ABŞ-nin və müttəfiqlərinin nəzarəti altında olub. “Qlobal Cənub” isə bununla razılaşmır. Xüsusən də Çin güc mərkəzi olaraq meydana çıxıb. Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsi Qlobal Cənubun dominant qüvvəsinin məhz Pekin olduğunu nümayiş etdirdi. Həmçinin keçirilən parad onun hərbi qüdrətini ifadə edirdi. Azərbaycan Prezidenti ilk dəfə deyil ki, Qlobal Cənub barədə söz açır. Çünki ölkəmiz on illər boyu BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, ABŞ və Fransanın haqsızlıqları ilə üzləşib. Amma daimi üzvlərdən Çin və Böyük Britaniya ölkəmizə ədalətli münasibət sərgiləyib. Ərdoğan da dünyanın beşdən artıq olduğunu bildirmişdi. Ona görə də Azərbaycan təkqütblü dünyanın tərəfdarı deyil. Bu baxımdan, “Qlobal Cənub” alternativ olaraq ortaya çıxır. Təbii ki, orada yer alan bəzi ölkələrlə əlaqələrimiz soyuqdur, amma prosesə qlobal, geopolitik səviyyədə yanaşmaq lazımdır”.

X.Bəşirovun fikrincə, bu gün Azərbaycanın üzərinə götürdüyü missiya, sadəcə olaraq, regional deyil, həm də qlobal əhəmiyyət daşıyır: “Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında körpüsü ola bilər. Azərbaycan öz fəal diplomatiyası ilə yeni bir missiyanı üzərinə götürməkdədir. Qlobal Cənub adlandırılan Afrika, Latın Amerikası, Asiya və Sakit okean ölkələrinin əksəriyyəti uzun müddət müstəmləkəçiliyin təsiri altında olub. Bu gün də beynəlxalq təşkilatlarda – məsələn, BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı kimi qurumlarda – qərarvermə mexanizmləri Qlobal Şimal ölkələrinin maraqlarına daha çox xidmət edir. BMT Təhlükəsizlik Şurasında veto hüququ yalnız beş daimi üzv dövlətə (onlar da Qlobal Şimalı təmsil edirlər) məxsusdur. Bütün bunlar disbalansdır və cənab Prezident də məsələyə yanaşmasını ortaya qoyub. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə istinad edərək ərazi bütövlüyünü bərpa etməsi Qlobal Cənub ölkələri üçün mühüm bir presedent yaratdı. Müstəmləkəçilikdən çıxmış, ərazi mübahisələri olan dövlətlər üçün Azərbaycan uğurlu nümunədir”.

Siyasi şərhçi hesab edir ki, Prezident Qlobal Cənubun yeni dünya nizamının qurulmasında iştirakını vacib sayır və bunu pozulan tarazlığın düzəlməsinin istiqamətlərindən biri kimi görür: “Prezident daha əvvəl də deyib ki, Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir. İndi bunun üçün fürsətlər var. Özəlliklə Çin geopolitik güc olaraq siyasi səhnəyə çıxıb. Azərbaycan Asiya nəhəngi ilə strateji tərəfdaşlıq əlaqələri qurub, hər iki tərəfin Orta dəhlizdə maraqları var. Biz təbii ki, əyilən nizamın düzəlməsini istərdik və burada hegemonluq edən Qlobal Şimalın qarşısına bir güc çıxması əhəmiyyətli məsələdir. Ona görə həm BTM-də islahatlar aparılmalı, həm də bu qurumun özünün yerlə sürünən nüfuzu qaldırılmalıdır. Bu gün Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi, inkişaf etməkdə olan ölkələrlə, xüsusilə də Asiya, Afrika və Latın Amerikası dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir. Bu kontekstdə Çinlə münasibətlərin inkişafı da Azərbaycanın qlobal siyasi və iqtisadi sistemdə balanslı mövqe tutmaq strategiyası ilə üst-üstə düşür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı — SƏRƏNCAM

Next

Ət bahalaşmasının səbəbləri: mal-qaranın sayı azalır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv