Cəmiyyət 

Ət bahalaşmasının səbəbləri: mal-qaranın sayı azalır

Son günlər mediada və sosial şəbəkələrdə ət qiymətlərinin yenidən bahalaşması barədə məlumatlar yayılıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, iqtisadi qanunlardan biri budur: təklif azalanda, tələb yerində qalarsa, qiymətlər mütləq yüksəlir:

“Statistikaya görə, son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min başa düşüb (2020-ci ildə 2 milyon 646,6 min baş), qoyun-keçi sayı isə 6 milyon 896,5 min başa düşüb (2020-ci ildə 8 milyon 189,2 min baş)”.
Ət bahalaşmasının səbəbləri: mal-qaranın sayı azalırCəfərli mal-qaranın sayının azalmasının bir neçə əsas səbəbini qeyd edir: yem bazasının daralması, fermerlərə düzgün dəstək verilməməsi, bəzi məmurların regionlarda torpaq zəbt etməsi, inflyasiya və tənzimləyici orqanların qiymət artımına təsiri.

O, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının maldarlığın inkişafı üçün potensialının olduğunu vurğulayır, lakin məskunlaşma və məşğulluq siyasətinin düzgün olmamasının problemi çətinləşdirdiyini bildirir. Cəfərli hesab edir ki, xalqın dilini bilən idarəetmə komandası formalaşdırılmalı, fermerlərin fəaliyyətinə real dəstək verilməlidir.

Daha çox xəbərlər