Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vəfat edən şəxsin pensiyasının 30 faizi ailəyə əvvəlcədən ödənilə bilərmi? – Açıqlama

By Vüsal Rafiqoğlu
14.09.2025 2 Min Read

“Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir”.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli komitənin iclasında çıxış zamanı deyib.

O qeyd edib ki, bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur:

“Bu çox uzun müddətdir. Hesab edirəm ki, sosial sığorta məbləğinin heç olmasa 30 faizi əvvəlcədən ödənilərsə, daha məqbul olar”.

Bəs bu təklif nə qədər mümkünə çevrilə bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb:

“Bu, absurd təklifdir. Azərbaycanda pensiya sistemi bunun üzərində qurulmayıb. Ailə başçısının itirilməsinə görə sosial müavinət var. Deputatlar istəyirsə ki, ailə başçısının itirilməsinə görə ailənin təminatı yaxşılaşsın, həmin o sosial müavinətin artırılmasına dair təklif verə bilərlər. Yəni indi nə qədər verilirsə, deyə bilərlər ki,  10 qat, 5 qat artırılsın, uşaqların sayına, sosial təminatına uyğun olaraq daha da çoxaldılsın və s. Bunun üçün konkret olaraq dövlət müavinət mexanizmi yaradıb. Onun həcminə dair təkliflər verilə bilər, artırıla bilər”.

İqtisadçı bildirir ki, qeyd olunan məsələ özəl pensiya fondları vasitəsilə tənzimlənə bilər:

“Hökumət bunu nəzərdə tutur, hazırda özəl pensiya fondları haqqında qanunvericilik hazırlanır. Deyirlər ki, yəqin bu il olmasa da, yaxın vaxtlarda təqdim ediləcək. Özəl pensiya fondları çərçivəsində bu məsələlər daha çevik olacaq və vərəsəlik prinsipi də yaranacaq. Hətta şəxs vəfat etsə belə, o kapital ailə üzvlərinə tam olaraq transfer ediləcək. Bundan əlavə, daha tez götürmək, daha çevik istifadə etmək, könüllülük əsasında müxtəlif sxemlər üzrə iştirak etmək imkanları olacaq. Amma təbii ki, bunun üçün vətəndaş özü əlavə pul ödəməli olacaq.

İndiki sistem icbari pensiya sistemidir. Pensiya sistemi özünü maliyyələşdirmə prinsipi ilə qurulub. Hazırda işləyənlərdən toplanan vəsait mövcud pensiya təminatının ödənilməsinə yönəldilir. Əgər deputat arzulayırsa, qeyd etdiyim kimi, sosial müavinətin artırılmasına və minimum pensiyanın daha sürətlə, daha yaxşı artırılmasına dair təklif edə bilər ki, pensiya təminatı yaxşılaşsın. Amma pensiya kapitalının 30 faizinin qabaqcadan ailəyə ötürülməsi indiki pensiya sisteminin ruhuna və fəlsəfəsinə uyğun deyil. İndiki sistem ondan ibarətdir ki, işləyən şəxslərdən pul götürülüb, pensiya yaşına çatmış şəxslərə ödənilir. Hətta dövlət işləməyən şəxslərə də minimal pensiya verir ki, onların sosial təminatı olsun”.

Xalid Kərimli vurğulayıb ki, indiki zamanda əsas diqqət yalnız minimal pensiyanın daha çox artırılmasına yönəldilməlidir:

“İndiki şəraitdə biznes məqsədli yanaşma məntiqli deyil, çünki bu, özəl pensiya fondları sistemində tənzimlənəcək. Burada isə əsas diqqət yalnız minimal pensiyanın daha çox artırılmasına yönəldilməlidir. Pensiyaların artırılması üçün isə iqtisadi mənbələr düşünülməlidir – neftin qiymətinin artması, yeni quyuların qazılması və əlavə gəlir əldə olunması. Çünki ölkənin başqa geniş iqtisadi bazası yoxdur. Bununla yanaşı, ailə başçısını itirməyə görə sosial müavinət sistemini də daha güclü təşkil etmək lazımdır”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Hadrut sakininin evində oldu- FotolarFOTO

Next

Bakıda yağış nə zamana qədər davam edəcək? – Proqnoz

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv