Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Karenə kamikadze olmağı kim əmr edib?

By Vüsal Rafiqoğlu
15.09.2025 3 Min Read

Biz uşaq olanda böyüklər hərdən “erməni-musurman davası”ndan (belə deyirdilər) danışardılar: elə olub, belə olub, filan-bəhmən.

Amma ermənilərə kin bəsləyən yox idi, dostluq, kirvəlik institutu inkişaf edirdi: erməni ustalar kəndimizə tez-tez gəlirdilər, vicdanla bənnalıq, rəngsazlıq edirdilər. Özlərini yaxşı aparardılar – hərçənd istirahət və qidalanma məsələsində bir az kaprizləri vardı. İş üçün özlərini öldürməzdilər, bir də ətli xörək və çaxır-filan tələb edərdilər.

Açığına qalsa, biz hesab edərdik ki, ermənilərlə aramızdakı süpürləşmə, atışma 1905-ci ildə, Allahverdi və İmamverdinin dövründə qalıb.

1918-ci ildə olan qırğınlardan isə heç xəbərimiz yox idi. Sadəcə, “26-lar” dair filmdə epizodik göstərilirdi ki, sinfi düşmənlər aranı qatırmış, amma Şaumyangil Bakıda sülhü bərqərar edib.

Dünyagörmüş adamlar vardı, onlar erməni ustalara baxıb deyirdilər, siz bunların belə fağır göründüklərinə baxmayın, kimsəsiz yerdə əllərinə düşsəniz, başınızı boynunuzun ardından kəsərlər, çox kinlidirlər.

Bir var, başı xirtdəkdən, hülqumu üzərək kəsmək, bir də var, boyunun ardından kəsmək. İkinci çox əzablı bir şeydir və bunu yalnız qaniçən xunxarlar edə bilər.

Bir dəfə elə bir şey oldu ki, ustalardan birinin çox kinli olduğu təsdiqləndi. Bu, “Ararat”la “Neftçi”nin futbol oynayacağı günün səhəri oldu. Yeniyetmə əmoğlu ermənilər eşidə-eşidə dedi ki, bu gün “Neftçi” “Ararat”ı dağıdacaq. Hadrutlu usta Yervand bunu eşidən kimi donquldana-donquldana şüvülünü, malasını yığışdırdı, dedi, işləmirəm. Böyüklər onu nə qədər dilə tutdular, dedi, ara, yox e, o uşaq niyə elə dedi.

Bizimkilər bizi danladılar, dedilər, bir daha onun yanında belə şeylər danışmayın, bunlar millət məsələsində bəddirlər, kinlidirlər.

Allahdan, “Neftçi” həmin axşam “Ararat”ı dağıda bilmədi, oyun heç-heçə qurtardı və ertəsi gün Yervand usta işinin başına qayıtdı. Amma biz həyətdə futbol oynayanda o, bizə qanlı-qanlı baxmaqda davam edirdi.

Dünən Xankəndidə 58 yaşlı Karen Avanesyanın şəhər yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və patronla dolu 4 sandıqcanı götürüb şəhər mərkəzində keçirilən tədbirə yaxınlaşması barədə xəbər oxuyanda yadıma Yervand usta düşdü. Bir də o zamankı rəhmətlik ağsaqqalların bizə dediyi “bunlar çox kinlidir” söhbətini xatırladım.

Karen tədbir keçirilən məkana ona görə yaxınlaşmırdı ki, “bu silahı meşədən tapmışam, gətirdim ki, təhvil verim” desin. Karen “Ermənistan qəhrəmanı” olmağa və hadisə yerində qəhrəmancasına ölməyə gəlirdi. Kamikadze olacaqdı Karen. Amma ondan əvvəl nə qədər mülki şəxsə və ya polislərə, mühafizəçilərə atəş açacaqdı (necə ki, 3 polis əməkdaşını yaralayıb). Ağılsız Karen anlamayıb ki, quş olub göylə uçsa da, ilan olub otun içiylə sürünsə də, onu görəcəkdilər.

İndi yəqin ki, yaralanıb tutulmuş Karenə deyirlər: “Alçaq terrorçu, de, görək, səni kim öyrədib, kimin sifarişi ilə tədbirə silahla yaxınlaşmaq istəyirdin”.

Ola bilər, Kareni bu hərəkətə sövq edən içindəki kin-küdurətin sızma verməsidir. Onun yerində Yervand usta olsa, o da əvvəl-axır şüvülünü “Kalaşnikov”a dəyişəcəkdi.

Heş quşqusuz, Xankəndi ətrafındakı meşələrdə, evlərin həyətlərində nə qədər “Kalaşnikov” və qumbara keçəyə, müşəmbəyə bükülərək basdırılıb – yaman günün yarağı olaraq. Görünür, karenlər düşünürlər ki, bir gün qayıdacaqlar, o silahları tapıb çıxaracaqlar, onda Xankəndi sakinlərinə və şəhərin qonaqlarına dra-dra dedirdəcəklər.

Müqavimət simvolu olacaqdı Karen. Erməni revanşistlər ona heykəl qoymağı tələb edəcək, pul yığacaqdılar. Paşinyan razılıq verməsə, Karen Avanesyanın heykəli ya Krasnodarda, ya da Marseldə qoyulacaqdı.

Krasnodar demişkən, bəlkə də Karenə Xankəndidəki tədbirə silahla yaxınlaşmağı “krasnı”lar əmr edib – “Krasnı Bazar”a köçə görə. QRU-nun belə yaş işləri həmişə olub.

Görərsiniz, avropalı parlamentarlar da Karen Avanesyanın adını “azadlığa buraxılması vacib olan ermənilər”in siyahısına salacaqlar.

Ancaq gərək bu hadisə beynində, qəlbində kin-küdurət daşıyan digərlərinə dərs olsun, anlasınlar ki, o babaları ölüb, “meşə-silah-pusqu-qətl” söhbəti bitib, indi “Neftçi” də yaxşı oynamır, “Ararat” da, indi dövran “Qarabağ”ın və Qarabağındır.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Füzulidə salınacaq Qaraxanbəyli kəndinin layihəsinin detalları açıqlanıb

Next

Səhiyyə Nazirliyi: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv