Ərdoğan: Qarabağ sonsuza qədər Azərbaycandır!
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Dostumuz, qardaşımız Can Azərbaycanımızın Anım Günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm.
Qarabağ sonsuzadək Azərbaycandır!”