Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“İlk 5 dəqiqədə yardım göstərilsəydi, Cabir yaşaya bilərdi” – Kardioloqdan aktyorun ölümü ilə bağlı ŞOK açıqlama

By Vüsal Rafiqoğlu
30.09.2025 3 Min Read

Xəbər verdiyimiz kimi, Əməkdar artist, tanınmış aktyor Cabir İmanov dünyasını dəyişib. O, ötən gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı qəfil infarkt keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum sənətçi ilə vida mərasimi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.

Əməkdar artistin qəfil vəfatı ictimaiyyətdə böyük üzüntü ilə qarşılanıb. Sənət yoldaşları onunla bağlı xatirələrini paylaşaraq kədərlərini ifadə ediblər.

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova isə hadisə ilə bağlı idman zallarında mövcud olan qeyri-peşəkar şəraitin və tibbi nəzarətin zəifliyinə diqqət çəkib.

O, həmçinin aktyorun səhhətinə gec müdaxilə olunmasının faciəli nəticəyə gətirib çıxardığını vurğulayıb.

Musavat.com kardioloqla müsahibəni təqdim edir:

547547609_31386742064274721_3425763641145082156_n.jpg (51 KB)

– Günay xanım, bildirirsiniz ki, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır. Bu, Azərbaycanda nə dərəcədə mümkün olar?

– Bununla bağlı ötən gün sosial şəbəkədə paylaşım etdim, Avropada yaşayan həkim dostlarım etiraz etdilər. Dedilər ki, dünyanın heç bir yerində idmana başlayan şəxsdən sağlamlıq haqqında arayış tələb olunmur. Onlara bildirdim ki, bu, Azərbaycana aid məsələlərdir. Çünki ölkəmizdə hər şey dünyadakı kimi baş vermir. Bizim məşqçilərin əksəriyyəti təlim görmüş və peşəkar deyillər. Sadəcə olaraq bədənlərini şişirdib, özlərini treyner elan edirlər. Digər məsələ isə onların idmana başlayanlara yazdığı reseptlərlə bağlıdır. İdman zallarında mənşəyi məlum olmayan hormonal dərmanlar satılır. Belə halları daha çox inkişaf etmiş ölkələrdə müşahidə edə bilmərsiniz. Ona görə də Azərbaycanda idmana başlayan şəxslər kardioloq müayinəsindən keçməlidirlər.

– Bu dərmanlar insan səhhəti üçün zərərlidirmi? Axı istifadəsi qadağan olunmayıb…

– Əlbəttə, zərərlidir. Revmatologiyada istifadə edilən “prednol” adlı bir dərman var. Bu dərmanın dozası həkim nəzarəti ilə artırılır. Treynerlər isə birdən-birə iynələri bədənə yükləyirlər ki, effektini tez görsünlər. Bu da ürəkdə aritmiya yaradır və insanı ölümə aparır. Cabirin idman zalında ölümü ilk hal deyil, bundan öncə də zallarda ölüm halı baş verib. Onların əksəriyyəti əzələlərə nəzarətsiz vurulan stereoidlərlə bağlıdır.

– Azərbaycanda təhsilli, kurslarda iştirak etmiş məşqçilər varmı? Onlar hansı tibb təhsilinə əsaslanıb reseptlər yazırlar… Onların belə ixtiyarı varmı?

– Bu barədə bir neçə dəfə yazmışam və danışmışam. Həmişə də idmançılar tərəfindən buna görə linç olunmuşam. Treynerlərin əksəriyyətinin bu istiqamətdə təhsili yoxdur. Onların ancaq bir məqsədi var: tez nəticə almaq. Buna görə də orqanizmi ciddi şəkildə yükləyirlər.

Biz həkimlərdən 5 ildən bir sertifikasiya tələb olunur, araşdırılırıq. Belə olan halda saxta treynerlər niyə araşdırılmır? İdman zallarında ilkin tibbi yardım üçün heç nə yoxdur. “Naşatır spirti”, “korvalol” ilkin tibbi yardım üçün yetərli deyil. Tibbi çantada nələrin olmalı olduğunu belə bilmirlər. Məşqçilərin ilkin tibbi yardım kursları ilə bağlı heç bir beynəlxalq sertifikatı yoxdur. Hansı treyner gedib o təlimlərdə iştirak edib?!

Mən bir neçə dəfə idman zalında halı pisləşən insanlara yaxınlaşıb ilkin tibbi yardım göstərmişəm. Treyner isə yanımda durub və qorxa-qorxa baxıb. Cabir yıxılanda da neçə dəqiqə durub baxdılar, ilkin yardım göstərmədilər. Halbuki yerə yıxıldığı saniyədən artıb müdaxilə edilməli idi. İlk 5 dəqiqə ürək üçün ən önəmli zamandır. 5 dəqiqə keçəndən sonra bir saat ürəyi masaj etsən də, onu geri qaytara bilməyəcəksən. Həmin dəqiqədən sonra beyin hüceyrələri ölür. Videonu izlədim, 3 dəqiqə insanlar Cabirin başına yığışıb, heç nə etmədən sadəcə baxırdılar. Boyun nəbzini yoxlayıb, ürəyi dayanmadan masaj etməyə başlamalı idilər. 32 dəfə döş qəfəsinə basdıqdan sonra süni nəfəs vermək olardı. Ürəyə edilən bu masaj Cabiri həyata qaytara bilərdi. Digər şəxslər isə təcili yardım arxasınca getməliydilər. İdman zalının yaxınlığında xəstəxana var.

İdman zallarına defibrilyator aparatı qoyulmalıdır. Ani ölümlərdə ürək sürətlə vurmağa başlayır, sonra isə yavaşlayır. Sürətli döyüntü zamanı defibrilyatordan istifadə etdikdə ürəyin döyüntüsünü normala qaytarmaq olur.

– İdmanla məşğul olanlara nə məsləhət verərdiniz? Doğrudanmı treynerlərin təklif etdikləri dərmanlardan imtina etsinlər?

– Mən öz yaxınlarıma o iynələri vurmaram. Ən əsası idmana başlamazdan öncə kardioloq müayinəsindən keçsinlər.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Oktyabrın ilk günü hava yağıntılı və küləkli olacaq

Next

Cabir İmanovla vida mərasimi keçirildi – Fotolar – Yenilənib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv