İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı SƏRƏNCAM
Azərbaycan Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, B.Əhmədov bu ilin may ayında Prezident tərəfindən Baş prokurorun müavini – hərbi prokuror təyin edilmişdi.