Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Muğanlı kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Muğanlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, subartezian quyusunun qazılması, elektrik güc transformatorunun texniki normaya gətirilməsi, fərdi yaşayış evinin içməli su ilə təmin olunması, elektrik xətlərinə maneə yaradan yaşıl kütlənin budanması, məktəb binasının qarşısına təhlükəsizlik kamerasının yerləşdirilməsi və maddi yardım olunması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Daha çox xəbərlər