Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycan xaricdə təhsil diplomlarını niyə tanımır? – Ekspert səbəbləri açıqladı

By Vüsal Rafiqoğlu
08.10.2025 2 Min Read

“Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır. Son illərdə xarici universitetlərə qəbul imkanlarının artmasına baxmayaraq, bəzi məzunların diplomlarının rəsmi tanınmaması onların əmək bazarında iş tapmaqda çətinlik çəkməsinə səbəb olur.

Bu problemin əsas səbəblərindən biri, tələbələrin təhsil aldıqları universitetlərin akkreditasiyasının olmamasıdır. Bəzi xarici ali təhsil müəssisələri yerli və beynəlxalq akkreditasiya standartlarına cavab vermir və bu da onların verdiyi diplomların tanınmamasına gətirib çıxarır. Universitetin beynəlxalq reytinqlərdə olmaması və ya ölkənin rəsmi ali təhsil sistemində qeydə alınmaması da bu problemi daha da dərinləşdirir.

Digər bir əsas səbəb, tələbələrin tədris dilində lazımi bilik səviyyəsinə malik olmamasıdır. Xaricdə təhsil alan tələbələrin bir qismi qəbul olduqları universitetlərin tədris dilini kifayət qədər yaxşı bilmədikləri üçün dərsləri anlamaqda çətinlik çəkirlər. Bu isə onların təhsil keyfiyyətini aşağı salır və nəticədə onların aldıqları diplomun tanınmasında problemlər yaradır”.

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, qiyabi və distant təhsil formalarının Azərbaycanda məhdud şəkildə tanınması da xaricdə təhsil alan bəzi tələbələr üçün çətinlik yaradır. Əksər hallarda xarici universitetlərdə qiyabi və ya onlayn təhsil alan şəxslərin diplomları Azərbaycanda qəbul edilmir. Çünki yerli qanunvericiliyə görə, yalnız tam zamanlı əyani təhsil almış şəxslərin diplomları avtomatik tanına bilər:

“Bəzi hallarda tələbələrin təhsil aldığı ölkədə kifayət qədər müddət yaşamaması da diplomların tanınmamasına səbəb olur. Müəyyən universitetlərdə tələbələrin uzunmüddətli ölkə xaricində qalaraq təhsillərini onlayn və ya tez-tez səyahət edərək davam etdirmələri onların təhsil aldıqları müddətin yetərli hesab olunmamasına gətirib çıxarır.

Xaricdə təhsil şirkətlərinin düzgün məlumatlandırmaması da bu problemin formalaşmasına təsir göstərən amillərdəndir. Bəzi vasitəçi şirkətlər tələbələri yalnız qəbul prosesinə yönləndirir, lakin onların diplomlarının gələcəkdə tanınıb-tanınmaması məsələsini nəzərə almırlar. Bu səbəbdən tələbələr universitet seçimində diqqətli olmalı və onların diplomlarının tanınıb-tanınmayacağını əvvəlcədən araşdırmalıdırlar.

Bu problemin həlli üçün tələbələr xaricdə təhsil almaq istədikləri universitetin akkreditasiyasını yoxlamalı, qəbul olduqları universitetin tədris proqramının yerli ali təhsil sisteminin tələblərinə uyğun olub-olmadığını öyrənməlidirlər. Həmçinin, qiyabi və distant təhsilin məhdudiyyətlərini nəzərə alaraq, tam zamanlı əyani təhsilə üstünlük verməlidirlər.

Xaricdə təhsilin dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrdə də bu cür məhdudiyyətlər mövcuddur. Məsələn, Avropa ölkələrində və ABŞ-da xarici universitetlərin diplomları müəyyən prosedurlardan keçdikdən sonra tanınır. Bu ölkələrdə də akkreditasiyası olmayan və ya distant formada alınan təhsil diplomları avtomatik tanınmır. Azərbaycanda isə xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması prosesi daha da təkmilləşdirilməli və tələbələrə bu sahədə daha ətraflı məlumat verilməlidir.

Xaricdə təhsil almağı planlaşdıran şəxslər bu prosesə daha ciddi yanaşmalı, təhsil aldıqları universitetin rəsmi akkreditasiyasını və ölkədə tanınma statusunu əvvəlcədən araşdırmalıdırlar. Dövlət səviyyəsində də bu məsələdə şəffaflığın artırılması və tələbələrin məlumatlandırılması üçün daha geniş tədbirlər görülməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Quduzluqdan ölən uşaqla bağlı – Rəsmi açıqlama

Next

Yeniyetmələr niyə bıçaqla öz “məsələsini həll edir”?

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv