Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yeniyetmələr niyə bıçaqla öz “məsələsini həll edir”?

By Vüsal Rafiqoğlu
08.10.2025 2 Min Read

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, 11-ci sinif şagirdi olan yeniyetməni özündən iki yaş böyük R. Cəfərov bıçaqlayıb.

Xatırladaq ki, ötən ay Cəlilabad rayonunun Xəlilabad kəndində də 17 yaşlı məktəbli həmyaşıdı tərəfindən öldürülmüşdü.

Son vaxtlar artan bu cür hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur.

Yeniyetmələr arasında zorakılığın və qanlı cinayətlərin artmasının səbəbi nədir? Məktəblilər, yeniyetmələr arasında zorakılığın kökündə hansı sosial və psixoloji problemlər dayanır?

UZEYİR.jpg (61 KB)

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:

“Dəfələrlə bildirmişik ki, media orqanlarında, internet resurslarında, xüsusilə sosial şəbəkə platformalarında filtr mexanizmi tətbiq olunmalıdır. Cəmiyyətin, xüsusilə də gənc nəslin mənəvi və psixoloji təhlükəsizliyi üçün bu, vacib məsələdir. Sosial şəbəkə fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul edilməlidir ki, hüquqa, əxlaqa və ictimai dəyərlərə zidd paylaşımların qarşısı alınsın.

Hazırda sosial mediada və televiziya kanallarında kriminal aləmin nümayəndələrinin, “oğru dünyasının” insanlarının təbliği açıq-aşkar aparılır. Onların həyatı, “şöhrəti”, keçmişi haqqında verilişlər hazırlanır, məqalələr yazılır, bəzən də bu şəxslərin dəfn mərasimləri və ya toy mərasimləri təmtəraqlı şəkildə təqdim olunur. Bu, cəmiyyət üçün, xüsusən də formalaşmaqda olan gənc nəsil üçün təhlükəli tendensiyadır.

Bir neçə gün əvvəl televiziyalardan birində “Qızılbarmaq Fatma” kimi tanınan kriminal şəxslə bağlı portret veriliş yayımlandı və orada tanınmış bir şəxs onunla bağlı “xatirələrini” bölüşdü. Təbii ki, belə süjetlərə baxan yeniyetmə düşünür: “Demək ki, bu cür insanlar da hörmət qazanır, mən də onun kimi olum”. Halbuki, bu tip təqdimatlar gənclərdə mənfi model formalaşdırır, onları zorakılığa, aqressiyaya və cəmiyyətə qarşı nifrətə yönəldə bilir”.

Sosioloq qeyd edib ki, bu təhlükə yalnız televiziya ilə məhdudlaşmır:

“İnternetdə, xüsusilə “YouTube”, “TikTok” və “Telegram” kimi platformalarda da cinayət aləminin “qəhrəmanları” kimi təqdim olunan şəxslər, qanunsuz həyat tərzini “maraqlı və cəsarətli” kimi göstərən videolar geniş yayılıb. Bütün bunlar gənclərin şüuruna mənfi təsir edir, aqressiya və zorakı davranış meyillərini artırır.

Digər tərəfdən, “Mavi balina” kimi təhlükəli onlayn oyunlar, zorakılığı və özünə zərər vurma davranışını təbliğ edən kontentlər də uşaqların psixologiyasını ciddi şəkildə zədələyir. Bu cür toksik mühitin formalaşması nəticəsində yeniyetmələrdə hüquqa zidd davranışlara meyil artır, empatiya və mərhəmət hissi zəifləyir”.

Üzeyir Şəfiyevin fikrincə, məsələnin digər tərəfi isə ailə və məktəb nəzarətinin zəifləməsi ilə bağlıdır:

“Valideynlərin övladları üzərində nəzarətinin azalması, məktəblərdə tərbiyə işinin formal xarakter daşıması, sosial və psixoloji dəstək mexanizmlərinin zəif olması bu cür halların yayılmasına şərait yaradır. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çox mühüm təşəbbüsdür. Lakin bu layihə yalnız bir neçə məktəblə məhdudlaşmamalı, bütün ölkə üzrə geniş tətbiq edilməlidir. Məktəblərdə psixoloqların, sosial işçilərin fəaliyyəti gücləndirilməli, uşaqlarla fərdi söhbətlər aparılmalı, potensial riskli davranışlar vaxtında aşkar edilməlidir.

Eyni zamanda, məktəblilərə və gənclərə mənəvi, əxlaqi dəyərləri aşılayan ədəbiyyat nümunələri, film və sosial layihələr təqdim olunmalıdır. Mədəni və mənəvi dəyərləri möhkəmləndirən, pozitiv sosiallaşmanı təşviq edən məzmunların sayı artırılmalıdır. Çünki aqressiyanı doğuran mühit həm də laqeydliyin nəticəsidir. Gənclərin kimi “kumir” seçməsi cəmiyyətin kimləri “nümunə” kimi göstərməsindən birbaşa asılıdır”.

Xalidə GƏRAY
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan xaricdə təhsil diplomlarını niyə tanımır? – Ekspert səbəbləri açıqladı

Next

Bu gün TDT geniş iqtisadi potensialı ilə dünyanın diqqətini çəkir

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv