Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda kredit kartlarının sayı azalıb, əhali ehtiyaclarını necə ödəyir?

By Vüsal Rafiqoğlu
09.10.2025 5 Min Read

Azərbaycanda kredit kartlarının sayı azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən kredit kartlarının sayı iyuldakı 2 milyon 223 min ədəddən avqust ayında 2 milyon 123 minə qədər azalıb. Ötən ilin eyni dövründə kredit kartlarının sayı 2 milyon 282 min ədəd olub. Bu, aylıq ifadədə 4.5 faiz, illik ifadədə isə 7 faiz azalma deməkdir.

Kredit kartları ilə həyata keçirilən əməliyyatların sayı ötən ilin avqustunda 13017-yə, bu ilin iyulunda 14151-ə, avqustda isə 13075-ə bərabər olub. Bu isə aylıq 7,6 faiz azalma, illik ifadədə isə 0,5 faiz artımdır.

2025-ci ilin yanvar-avqust ayları ərzində kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 488 milyon manat təşkil edib. Bu göstərici isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5 faiz və ya 1 milyard 13 milyon manat artıb. Hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 785 milyon manatı elektron ticarət, 1 milyard 449 milyon manatı POS-terminallar, 1 milyard 16 milyon manatı bankomatlar, 238 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Kredit kartları ilə həyata keçirilən əməliyyatlar zamanı xərclənən vəsaitlərin həcmi ötən ilin avqustunda 751 milyon manat, bu ilin iyulunda 806 milyon manat, avqustda isə 739 milyon manat təşkil edib. Bu vəsaitlərin ötən ilin avqustunda 421 milyon manatı, bu ilin iyulunda 463 milyon manatı, avqustda isə 419 milyon manatı elektron ticarət əməliyyatlarıdır. Elektron ticarət əməliyyatlarında bir qayda olaraq mobil telefonlar, məişət cihazları və sair məhsulların kreditlə alışı üstünlük təşkil edir. Bu isə o deməkdir ki, əhalinin kreditlə belə məhsulları almaq imkanları məhdudlaşıb.

Qeyd edək ki, Mərkəzi Bank kredit kartlarının sayının, həmçinin onlarla borclanmanın artmasını mənfi tendensiya kimi qiymətləndirir. Tənzimləyici bildirir ki, kredit kartları ilə borclanma istehlak kreditlərinin artımına gətirib çıxarır. AMB bildirir ki, aparılan təhlillər nəticəsində, son dövrlərdə istehlak kredit portfelinin artımının əsas drayverinin kredit kartları olduğu müşahidə olunub: “Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə istehlak kredit portfeli 55 faiz artdığı halda, kredit kartlarının istifadə olunmuş hissəsi 89 faiz artıb. Əlavə olaraq kredit kartlarının sayının artımı fonunda kredit kartları ilə aparılan əməliyyatların həcmi son 3 ildə 2.5 dəfədən çox artıb. Qeyd olunmalıdır ki, bu tendensiya əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə əhalinin sərəncamda qalan gəlirləri 7 faiz artdığı halda, kredit kartlarının istifadə olunmuş hissəsi 17 faiz artıb”.

AMB-yə görə, inflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər: “Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır”.

Tənzimləyicinin hesablamalarına əsasən, istehlak kreditlərinin həcminin 10 faiz artımı ölkədə inflyasiyanı 0,34 faiz artırır. AMB-nin proqnozuna görə, bu ilin sonuna Azərbaycanda istehlak kredit portfelinin artımı 13 faiz ətrafında olacaq. Bu isə inflyasiyaya, ev təsərüfatlarının istehlakı vasitəsi ilə 0.43 faiz bəndi artırıcı təsir göstərəcək. 2026-ci ildə isə istehlak kredit portfelinin artımı 16 faiz artıma ətrafında olacaq, bu da inflyasiyaya 0.56 faiz bəndi artırıcı təsir edəcək.

İstehlak kreditlərinin artımı əhalinin borc yükünün gəlirlərindəki payını da artırır: “Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. Belə ki, bu ilin birinci yarısında əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.5 faiz bəndi artaraq 18.5 faiz olub”.

Əhalinin borc yükü dedikdə, fiziki şəxslərin kredit təşkilatları (Bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin qalıq məbləğinin cəmi nəzərdə tutulur.

Buna görə də Mərkəzi Bank istehlak kreditlərinin artımını cilovlamaq üçün bu ilin ortasında istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. Qurumdan bildirildiyinə görə, Mərkəzi Bankın həyata keçirdiyi makroprudensial siyasət istehlak portfelinin dayanıqlı artımı və əhalinin sağlam borclanmasına yönəlib: “Mərkəzi Bank istehlak kreditləşməsinin dinamikası və əhalinin izafi borclanması üzrə qiymətləndirmələrini və bu istiqamətdə requlyativ çərçivənin daha da təkmilləşdirilməsi üzrə fəaliyyətini davam etdirir. İstehlak kreditləşməsinin əsas drayverlərindən biri də kredit kartlarıdır. Son dövrlər istehlak krediti seqmentində kredit kartları üzrə yüksək artım tempi müşahidə olunur. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə istehlak kredit kartlarının istifadə olunmuş hissəsi 60 faiz artaraq 1.7 milyard manata, istifadə olunmamış hissəsi isə 64 faiz artaraq 2 milyard manata çatıb. İstehlak kredit kartlarının pro-tsiklik xüsusiyyəti sistem risklərini artıran amil kimi çıxış etməklə yanaşı, maliyyə sistemi üzrə bir sıra risklər yaradır. Əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığını təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən istehlak kredit kartları üzrə requlyativ çərçivəyə dəyişiklik edilib. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını müəyyən etdikdə borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək”.

Göründüyü kimi, Mərkəzi Bankın atdığı addımlar kredit kartları ilə bağlı gözlənilən nəticəni verməkdədir. Lakin bu proses ölkədə ümumi istehlak kreditlərində digər portfellərlə müqayisədə daha sürətli artımın qarşısını ala bilməyib. Rəsmi məlumata görə, sentyabrın 1-nə ölkə banklarının kredit portfeli 28 milyard 704,9 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 629,3 milyon manat, yəni 10,1 faiz, aylıq müqayisədə isə 206,7 milyon manat və ya 0,7 faiz artıb.

Portfelin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi 15 milyard 91,8 milyon manata çatıb. Bu, illik müqayisədə 1 milyard 92,0 milyon manat, və ya 7,8 faiz, aylıq müqayisədə isə 36,0 milyon manat, və ya 0,2 faiz artım deməkdir.

İstehlak kreditləri portfeli 9 milyard 114,5 milyon manat olub. Bu göstərici illik müqayisədə 1 milyard 135,7 milyon manat, və ya 14,2 faiz, son bir ayda isə 112,3 milyon manat, və ya 1,2 faiz artıb.

İpoteka kreditlərinin həcmində də artım davam edir. Bu portfel 4 milyard 498,6 milyon manata çatıb ki, bu da illik müqayisədə 401,6 milyon manat və ya 9,8 faiz, aylıq müqayisədə isə 58,4 milyon manat, və ya 1,3 faiz artım deməkdir.

Bu statistika göstərir ki, kredit portfelinin strukturunda ən yüksək artım elə faizləri də ən yüksək olan istehlak kreditlərində qeydə alınıb. Bu da ölkə üzrə ümumi kredit faizlərinə artırıcı təsirini göstərir.

Kredit portfeli, xüsusilə istehlak kreditlərindəki yüksəliş problemli kreditləri də artırır. 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 530,9 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya yəni 12,2 faiz, aylıq müqayisədə isə 1,5 milyon manat və ya 0,3 faiz artıb.

Diqqətçəkici fakt budur ki, problemli kreditlərin artımı tamamilə faizləri sürətlə artan milli valyutadakı kreditlərin hesabına baş verib. Belə ki, manatla vaxtı keçmiş kreditlərin ümumi həcmi 434,3 milyon manata çatıb. Bu, illik müqayisədə 65,3 milyon manat (17,7 faiz), son bir ayda isə 0,7 milyon manat (0,2 faiz) artım deməkdir.

Manatla problemli kreditlərin artımında onların faizinin daha yüksək olması da ciddi rol oynayır. AMB-nin məlumatına əsasən 2025-ci il sentyabrın 1-nə milli valyutada yeni kreditlər üzrə orta illik faiz dərəcəsi 18,52 faiz təşkil edib. Bu, o deməkdir ki, ilin əvvəli ilə müqayisədə manatla yeni kreditlər üzrə orta dərəcələr 1,96 faiz artıb.

Beləliklə, aydın görünür ki, Mərkəzi Bankın istehlak kreditlərinin artımına qarşı yönəlmiş addımları müəyyən müsbət nəticələr verir. Lakin bu, ümumilikdə istehlak kreditlərinin payının azalmasına hələlik gətirib çıxarmayıb. Bunun da bir sıra səbəbləri var, onların arasında ən mühüm olanı əhalinin tələbatının yüksək olmasıdır. Gəlirlərin real artımının dayanması insanları getdikcə öz ehtiyaclarının daha çox hissəsini kredit hesabına qarşılamaq məcburiyyətində qoyur.

Dünya SAKİT,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Daha 14 itkin-şəhidin adı AÇIQLANACAQ

Next

Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv