Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İlham Əliyev Yaxın Şərq masasında: Qalib Prezidentin sülh missiyası

By Vüsal Rafiqoğlu
13.10.2025 4 Min Read

Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Tramp və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfərə gedib. Dövlət başçısı Şarm əl-Şeyx beynəlxalq aeroportunda Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

sssssssssssss.jpg (104 KB)

Sammitin əsas mövzusu Qəzzadakı humanitar böhran və regionda sülhün bərpası istiqamətində beynəlxalq səylərin koordinasiyasıdır. Tədbirdə müxtəlif bölgələrdən yüksək səviyyəli dövlət başçıları iştirak edir.

Prezident İlham Əliyev sammit çərçivəsində Fələstin lideri Mahmud Abbas ilə də görüş keçirib.

Forumda ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa lideri Emmanuel Makron, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd, Bəhreyn Kralı Həməd bin İsa, Misir prezidenti Əbdülfəttah əs-Sisi və digər ölkə rəhbərləri iştirak edirlər. Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Pakistan, Ermənistan və Kanada sammitdə baş nazir səviyyəsində təmsil olunub.

Sammitdə həmçinin BMT baş katibi Antoniu Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta və Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar da iştirak edir.

Qəzza münaqişəsinə dair son illərin ən geniş tərkibli diplomatik toplantısı hesab edilən bu sammit ABŞ-ın dəstəyi ilə keçirilir. Vaşinqton Yaxın Şərqdə təsirini bərpa etmək və bölgədə “yönləndirilmiş sülh” mərhələsinə keçidi təmin etmək istəyir.

Azərbaycan Prezidentinin sammitə dəvət olunması təsadüfi deyil. İlham Əliyev bu tədbirə qalib ölkənin lideri kimi qatılıb. Çünki Azərbaycan öz ərazi bütövlüyünü heç bir beynəlxalq təşkilatın köməyi olmadan, təkbaşına və beynəlxalq hüquqa əsaslanaraq bərpa edib. Qalib Azərbaycanın lideri kimi İlham Əliyev artıq dünyada sülhün real nümunəsini təqdim edən dövlət başçısı kimi tanınır.

hhhhhhhhhhh.jpg (56 KB)

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğalçılığa son qoydu, Qarabağda 30 illik ədalətsizliyə son verildi və regionda dayanıqlı sülhün təməli məhz Bakı tərəfindən atıldı. O, müharibədən sonra da ardıcıl şəkildə Ermənistanı sülhə təşviq edən, sabitlik və əməkdaşlıq təklif edən lider kimi çıxış edir.

Bunu xatırlatmaq yerinə düşər ki, məhz İlham Əliyevin iradəsi nəticəsində bu il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamə imzalanıb. Bu sənəd Cənubi Qafqazda sülh prosesinə beynəlxalq zəmanət kimi dəyərləndirilir və Azərbaycanın regionda etibarlı tərəfdaş imicini möhkəmləndirib.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən Zəngəzur marşrutu layihəsi Azərbaycanı regionun logistika mərkəzinə çevirir. Bu, həm Türk dünyasını birləşdirən əsas nəqliyyat xətti, həm də Qərb və Şərq arasında strateji enerji və kommunikasiya körpüsüdür.

DAHLİZ.jpg (240 KB)

Məhz bu kontekstdə İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti həm qalib liderə hörmət, həm də Azərbaycanın sülh təcrübəsinə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirilir.

Azərbaycanın bu sammitdə iştirakı həm də onun balanslı və praqmatik xarici siyasətinin təntənəsidir. Bakı həm İsrail, həm də Fələstinlə diplomatik münasibətlərə malikdir, hər iki tərəflə əməkdaşlıq edir və Yaxın Şərqdə sülh və humanitar sabitlik naminə real vasitəçi rolunu oynayır.

Ekspertlərin fikrincə, Azərbaycanın bu forumda təmsil olunması ölkəmizin qlobal diplomatiyada artan nüfuzunun bariz sübutudur. Bu, həm də İlham Əliyevin Cənubi Qafqazın lideri kimi beynəlxalq arenada qəbul edildiyini təsdiqləyir.

Qeyd edək ki, Şarm əl-Şeyx sammiti Prezident İlham Əliyevin oktyabr ayında iştirak etdiyi dördüncü beynəlxalq toplantıdır. Bu ay ərzində dövlət başçısı dörd müxtəlif beynəlxalq sammitdə iştirak edib və hər biri ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın xarici siyasətində strateji mövqeyini möhkəmləndirib.

1–2 oktyabr tarixində Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti baş tutub. Bu toplantıda Avropa dövlətlərinin yüksək səviyyəli nümayəndələri bir araya gələrək qitədə siyasi və iqtisadi inteqrasiyanın inkişafı, təhlükəsizlik məsələləri və regional əməkdaşlıq mövzularını müzakirə ediblər.

Azərbaycan Prezidentinin iştirakı Bakı üçün Avropa ilə əlaqələrdə balanslı, praqmatik və neytral siyasətini nümayiş etdirmək baxımından əhəmiyyətli olub.

KKKKKKKKKKK.jpg (107 KB)

Prezident İlham Əliyevin Danimarkanın baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı böyük nəticələrlə yadda qalıb.

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu tədbir Türk dünyası üçün strateji əhəmiyyət daşıyır və iştirakçı dövlətlər arasında iqtisadi, mədəni və siyasi əməkdaşlığı dərinləşdirir.

Azərbaycan burada yalnız regional lider mövqeyini göstərməyib, həm də təşkilat çərçivəsində birgə layihələrin və prioritetlərin müəyyənləşdirilməsinə töhfə verib. TDT sammiti, həmçinin Azərbaycan Prezidentinin Türk dünyası ilə bağlı siyasi vizyonunu və regional birliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərini beynəlxalq səviyyədə nümayiş etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

qqqqqqqqq.jpg (107 KB)

9–10 oktyabr tarixində Düşənbədə MDB sammiti baş tutub. Bu toplantıda iştirak edən ölkələr əsasən postsovet məkanının siyasi və iqtisadi gündəliyini müzakirə ediblər. Sammit çərçivəsində Azərbaycan regionda sabitliyi təmin edən və balanslı siyasət yürüdən ölkə kimi çıxış edib. Prezident İlham Əliyev burada həm regional əməkdaşlığın inkişafını, həm də Azərbaycanın beynəlxalq münaqişələrdə neytral vasitəçi kimi rolunu vurğulayıb. Bu sammit Azərbaycanın MDB çərçivəsində həm siyasi, həm də iqtisadi təşəbbüslərini beynəlxalq səviyyədə dəstəkləməsi üçün əhəmiyyətli platforma olub.

ddddddddddddd.jpg (81 KB)

Prezident İlham Əliyevin Misirdəki Yaxın Şərq Sülh Sammitində iştirakı isə Azərbaycanın dünyada sülhü təşviq edən, ədalət və beynəlxalq hüquqa əsaslanan siyasət yürüdən dövlət kimi mövqeyini bir daha möhkəmləndirib.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin görüşü keçirilib

Next

İlham Əliyev indi də Misirdə ölkəsinin tarixini yazır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv