Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda saxta qızıl bazarını kimlər himayə edir?

By Vüsal Rafiqoğlu
17.10.2025 3 Min Read

Qanun var, amma əməl edilmir; istehlakçı hüquqlarının pozulması cinayət məsuliyyəti yaradır

Son illər Azərbaycanda zərgərlik bazarında ciddi problemlər müşahidə olunur. Qlobal iqtisadi proseslər, xüsusilə də dünya bazarlarında qiymətli metalların, o cümlədən qızılın qiymətinin artması fonunda ölkə daxilində bu məhsullara olan tələbat da yüksəlir. Tələbatın artması ilə yanaşı, bazarda saxta və keyfiyyətsiz qızıl məmulatlarının dövriyyəsi də nəzərəçarpacaq dərəcədə çoxalıb.

Ucuz qiymətə qızıl satanlar, “endirimdədir” deyib, saxta qızılı reklam edirlər.

Sual yaranır ki, artımı dünya birjasından asılı olan zinət əşyası necə daha ucuz təklif edilə bilər, əgər ikinci əl deyilsə?…

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçı aldığı məhsul haqqında tam, düzgün və dəqiq məlumat almaq hüququna malikdir. Qanunda açıq şəkildə göstərilir ki, malın satıcısı istehlakçıya qəbz, çek və ya digər təsdiqləyici sənəd verməlidir. Təəssüf ki, zərgərlik sektorunda bu qanun tələblərinə çox zaman əməl olunmur.

Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qiymət artımı alıcını ucuz varianta yönəldir, lakin istehlakçı əslində aldadılmış olur. Onun fikrincə, zərgərlik bazarının təxminən 80 faizi toy-nişan üzərində qurulub. Bu qərar da alıcıların yüksək məbləğdə zinət əşyasını alıb, 1 gün sonra geri qaytarma hallarının qarşısını almaq məqsədi daşıyır. Qurum rəsmisi bildirib ki, bu, yalnız vətəndaşın çek və ya qəbz tələb etdiyi halda mümkündür. Lakin təəssüflər olsun ki, çox zaman alıcıya zinət əşyasının sertifikatı və ya ödəniş qəbzi təqdim olunmur. Mütəxəssis onu da qeyd edib ki, qısa zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzdində məhz qeyd olunan hallarla bağlı prosesi icra edəcək bir qurum da yaradılacaq. Bununla da saxta qızıl satışının qarşısının alınacağı gözlənilir.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

Xalid Kərimli

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, saxtakarlıq, qanunsuz sahibkarlıq, istehlakçıların hüquqlarının pozulması cinayət tərkibi yaradır. Onun sözlərinə görə, saxta məhsulların satılması ilə alıcılara ciddi zərər vurulur: “Bu cür qanunsuz əməllər həm iqtisadi fəaliyyətə mənfi təsir göstərir, həm də etimadı zədələyir. Şübhəsiz ki, bütün bunlar bazara mənfi təsirlə nəticələnir, lakin iqtisadi fəaliyyətə təsir göstərmir. Saxta məhsulların satışı təkcə qızıl bazarına aid məsələ deyil. Bütün sahələrdə saxta məhsulların satılması keyfiyyətli məhsul istehsalçılarının fəaliyyətinə maneə törədir”.

Saxta məhsul satışı yalnız pərakəndə satışda deyil, bəzən iri ticarət mərkəzlərində və onlayn platformalarda da müşahidə edilir. Bu isə nəzarətsizlik və ya məlum səbəblərlə göz yumulma halları ilə izah oluna bilər.

Mütəxəssislərin fikrincə, bu sahədə effektiv nəzarət mexanizminin yaradılması vacibdir. Digər tərəfdən, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti və istehlakçının aldadılması cinayət məsuliyyəti yaradır. Belə hallar müəyyən edildikdə, hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb oluna bilər.

Bütün bu məsələlər onu göstərir ki, problem təkcə alverçilərin vicdansızlığı ilə bitmir. Hüquqi boşluqlar, nəzarətin zəifliyi, cəzasızlıq və vətəndaşların maariflənməməsi də bu problemin əsas səbəblərindəndir.

Zərgərlik sektorunda şəffaflığın təmin olunması, istehlakçıların hüquqlarının qorunması və saxta məhsul satışı ilə mübarizə üçün dövlət, cəmiyyət və biznes sektoru birlikdə çalışmalıdır. Yalnız bu şəkildə bazarda dürüstlük və keyfiyyət təmin edilə bilər.

Eyyub Hüseynova ağır itki - Yeni Çağ

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov də hesab edir ki, hazırda qızıl bazarında heç bir nəzarət mexanizmi mövcud deyil: “2019-cu ilə kimi bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Biz də vətəndaşlara bildirirdik ki, qızıl alarkən mütləq məhsulun üzərində Əyar Palatasının “rombvari” damğasının olub-olmamasına diqqət yetirsinlər. Əgər məmulatın üzərində damğa var idisə, deməli, qızıl keyfiyyətli idi. Amma indi bazarda vəziyyət tamamilə fərqlidir. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb və bazarın ən çirklənmiş seqmentlərindən birinə çevrilib. Bu sahədə böyük anarxiya var. Qanunlardakı boşluqlar səbəbindən biz istehlakçılara yol göstərə bilmirik. Hökumət tərəfindən bu istiqamətdə zəruri addımların atılmasına ehtiyac var. Hesab edirəm ki, Əyar Palatası və ya buna bənzər bir qurum yaradılmalıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yeni binalarda parkinq problemi

Next

Meyvə-tərəvəz BAHALAŞDI

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv