Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

ATƏT sədri müxalifətçi rolunda

By Vüsal Rafiqoğlu
17.10.2025 3 Min Read

Elina Valtonenin Gürcüstandakı antihökumət aksiyasında iştirakı Tiflislə Avropa təsisatları arasında münasibətləri daha da gərginləşdirib

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Cənubi Qafqaza ilk səfəri uğurlu olmayıb. Xəbər verdiyimiz kimi, Gürcüstana səfəri diplomatik qalmaqalla nəticələnib. Baş nazir İrakli Kobaxidze qeyri-qanuni aksiyada iştirak etdiyinə və yalan bəyanatların yayılmasına görə planlaşdırılan görüşü ləğv edib.

Maraqlıdır ki, Gürcüstana rəsmi səfərə gələn Finlandiyanın xarici işlər naziri Tiflisin mərkəzindəki Rustaveli prospektində keçirilən etiraz aksiyasında iştirak edib və tədbir iştirakçılarına dəstəyini bildirib.

Valtonen videomüraciətində bildirib ki, dinc nümayişçilər ölkənin “repressiv kursundan” narahat olduqlarını bildirmək üçün parlament binası qarşısına toplaşıblar.

O, vətəndaşların demokratiya, ifadə azadlığı və fundamental insan hüquqlarına hörmət etmək hüququna malik olduğunu bildirib. “Baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşü qanunsuz etiraz aksiyasında iştirak etdiyinə və yalan bəyanatların yayılmasına görə ləğv edib”, – deyə kabinetin mətbuat xidmətindən bildirilib.

Hakim partiya ATƏT-in fəaliyyətdə olan sədrinin etiraz aksiyasında çıxışını radikalizmin təşviqi kimi qiymətləndirib.

Belə görünür ki, ATƏT sədrinin Cənubi Qafqaza səfərini hazırlayanlar bu təşkilatı daha da hörmətdən salmaq istəyiblər. Qonaq getdiyi ölkədə müxalifətə dəstək diplomatik etiketlərə uyğundurmu?

sona1.jpg (35 KB)

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, ATƏT artıq öz yarıtmaz Cənubi Qafqaz siyasətinin bədəlini ödəyir: “Fransanın moderatorluğunda bu təşkilat təkcə Cənubi Qafqazda yox, eləcə də bütünlüklə Mərkəzi və Şərqi Avropda öz nüfuzunu itirib. Hətta onun qəbul etdiyi qərarlar bir çox hallarda elə Qərb dövlətlərinin gülüş obyektinə çevrilir. Macarıstan və Rumıniya kimi ölkələrdə ATƏT-in qəbul etdiyi qərarlar asqıya alınır. İkili standartlarla yürüdülən siyasətlərin aqibəti məhz bu cür olur. Gürcüstanda aranı qatmaq istəyənlər də elə ATƏT-in çətiri altına sığınanlar və ya birbaşa bu qurumun yastığına baş qoyanlar idi. Ona görə də Tiflis haqlı olaraq ATƏT-dən üzr tələb edir. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Cənubi Qafqaza ilk səfəri buna görə uğursuz alındı. Gürcüstan hökumətinin rəhbəri onu qəbul etmədi. Hətta baş nazir ATƏT sədrinə arxa çevirdi. Bu, həm də Gürcüstanın adıçəkilən təşkilata üzünü döndüyü anlamına gəlir. Gürcüstana rəsmi səfərə gələn Finlandiyanın xarici işlər nazirinin Tiflisin mərkəzindəki Rustaveli prospektində keçirilən etiraz aksiyasında iştirak etməsi ATƏT-in şimal-qərb qonşumuzun işinə qarışması deməkdir. Bu baxımdan, Gürcüstanın etirazı haqlıdır. ATƏT indi “təhlükəsizlik və əməkdaşlıq” yox, “təhlükə saçan qurum” təsiri bağışlayır. Bu qurum zaman-zaman Azərbaycana qarşı da qara kampaniyalar aparıb. Elina Valtonenin qonaq getdiyi ölkədə müxalifətə dəstək diplomatik etiketlərə uyğun deyil. Hətta təcrübəsiz siyasətçilərin atdığı addımlara bənzəyir. Onun səfər planını təşkil edənlərin təxribatı kimi dəyərləndirilə bilər”.

Rəşad Bayramov: “Bu, Ermənistanda revanşizmi bir qədər də körükləyəcək” -  Azərbaycan Milli İstiqlal Partiyası

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov düşünür ki, Gürcüstana səfər çərçivəsində baş verənlər sözün əsl mənasında bir fiasko idi: “Bu hadisənin Gürcüstan-Avropa İttifaqı münasibətlərində onsuz da mövcud olan gərginliyi daha da artıracağı şübhəsizdir. Məsələ burasındadır ki, Qərbin Gürcüstandan istəyi məlumdur. Rusiya ilə məsafə saxlamaq, Qərb institutlarına inteqrasiyanı sürətləndirmək və ən əsası da Gürcüstanda Qərbin maraqlarından çıxış edən hakimiyyətin formalaşması. Qalan məsələlər, yəni Gürcüstan hakimiyyətinin qəbul etdiyi və Qərb tərəfindən kəskin etirazla qarşılanan “Xarici agentlər haqqında” Qanun, aksiyaların məhdudlaşdırılması, azadlıqlar və s. məsələlər hakimiyyətə təzyiq üçün sadəcə bəhanədir. Əgər söhbət həqiqətən də aksiyalara icazə və ya hüquq və azadlıqlar məsələsi olsaydı, ATƏT-in fəaliyyətdə olan sədri o məntiqlə səfərdə olduğu Ermənistanda da müxalifətin aksiyalarında iştirak edər, onların dinc olduğunu bəyan edər və hakimiyyətə bu aksiyalara maneçilik törətməməklə bağlı çağırışlar edərdi. Odur ki, bu məsələdə birtərəfli qaydada baş nazir İrakli Kobaxidzeni və ya Gürcüstan hökumətini günahlandırmaq düzgün olmazdı. Düşünürəm ki, istənilən dövlətdə belə bir hadisə baş versəydi, hakimiyyət təmsilçiləri eyni mövqe sərgiləyər və görüşdən imtina edərdilər. Çox böyük ehtimalla Elina Valton da həmin aksiyada iştirak edərkən hakimiyyətin buna məhz bu şəkildə təpki verəcəyini bilirdi. Başqa sözlə desək, düşünürəm ki, ATƏT sədri görüşdən imtina məsuliyyətinin məhz hakimiyyətin üzərinə qoyulması üçün həmin aksiyada iştirak edib və müvafiq bəyanat səsləndirib. Bu hadisədən sonra Gürcüstan üzərinə Avropa institutları tərəfindən təzyiqin daha da artacağı və Gürcüstan daxilində Qərbə bağlı qüvvələrin daha da aktivləşdiriləcəyini gözləmək olar. İstənilən halda baş verən hadisənin Gürcüstanın Qərblə münasibətlərində yeni bir uçurum yaradacağı şübhəsizdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qatilə çevrilən yeniyetmələr

Next

Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv