Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Qatilə çevrilən yeniyetmələr

By Vüsal Rafiqoğlu
17.10.2025 4 Min Read

Ekspert: “Zorakılıq mühitində böyüyən gənclik zorakılıqla idarə olunan bir gələcək yaradacaq”

Son həftələr yeniyetmələrin qatilə çevrilməsi tendensiya halını almaqdadır. Abşeronda ağır xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Bu hadisədən bir gün əvvəl – oktyabrın 14-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayev yeniyetmə tərəfindən qətlə yetirilib. A.Mustafayev 16 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb. Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb. Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb.

Oktyabrın 8-də isə Gəncə şəhərində qətl hadisəsi baş verib. 16 yaşlı yeniyetməni qətlə yetirən şəxs məsuliyyətə cəlb olunub. Gəncə şəhər sakini, 2007-ci il təvəllüdlü Rihat Cəfərov polisə gələrək təslim olub. 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş. Belə ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqla qətlə yetirilib. Mərhumun 11-ci sinif şagirdi olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Göründüyü kimi, qatilə çevrilən yeniyetmələrdir. Qətlin səbəbləri müxtəlif ola bilər, amma fakt budur ki, gənc yaşlarında cinayət törədirlər.

Bunun psixoloji səbəbləri nədir? Ailə tərbiyəsi, yoxsa mühit təsiri güclüdür? Sosial şəbəkələrin də rolu varmı və belə qətllərin artmaması üçün cəmiyyətdə hansı iş aparılmalıdır?

Həkim-psixoterapevt, hərbi psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ən riskli yaş dövrü məhz yeniyetməlikdir. Onun sözlərinə görə, bu yaşda insanlar özlərini daha yetkin hesab edir, lakin başqasının ağrısını, dərdini dərk etmək bacarığı tam formalaşmır: “Yeniyetmələrin hər bir mübahisəyə reaksiyası daha sərt, daha aqressiv olur. Məsələn, həbsxanalarda yeniyetmələr üçün olan koloniyalar ən çətin idarə olunan müəssisələr hesab olunur. Çünki onlar heç bir qaydaya tabe olmaq istəmirlər. Digər məhkumlar heç olmasa yazılmış qanunlara və ya kriminal aləmin “oğru qanunlarına” müəyyən qədər əməl edirlər. Yeniyetmələr üçün isə belə bir anlayış yoxdur. Onlar “necə düşünürəmsə, elə də davranıram” prinsipi ilə hərəkət edirlər”.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Azad İsazadə qeyd edib ki, ümumilikdə aqressiya təkcə yerli yox, qlobal problemdir. Onun sözlərinə görə, dünya miqyasında gərginlik artıb, insanlar bir-biri ilə barışmaq istəmir, müharibələr davam edir. Bu atmosfer isə təbii ki, bütün cəmiyyətlərə, o cümlədən yeniyetmələrə də təsir göstərir. Başqa bir mühüm amil isə sosial şəbəkələrin və media orqanlarının təsiridir. İsazadənin sözlərinə görə, bu cür hadisələr əvvəllər də olub, sadəcə, informasiya indiki kimi sürətlə yayılmadığı üçün insanlar çoxundan xəbərsiz qalırdı: “Əvvəllər baş verən hadisələrin yalnız yarısından xəbərimiz olurdusa, digər yarısı qapalı qalırdı. İndi isə sosial media vasitəsilə hər bir hadisəni anında eşidirik, davamlı olaraq bu cür informasiyalarla qarşılaşırıq. Bu isə bizdə yanlış bir təsəvvür yaradır ki, guya bu hallar artıb. Əslində isə biz, sadəcə, daha çox məlumat almağa başlamışıq”.

Hər bir insanın daxilində müəyyən dərəcədə aqressiya olduğunu bildirən mütəxəssis fərqin yalnız bu aqressiyanın necə ifadə olunmasında olduğunu vurğulayıb: “Kimlərsə bunu sosial şəbəkədə, kimlərsə davranışlarında göstərir. Televiziyada və ya internetdə kiminsə intihar etdiyini, yaxud başqasını öldürdüyünü görən bəzi insanlar bu məlumatlardan təsirlənərək eyni yolu seçə biləcəyini düşünür. Xüsusilə intihar hallarının ictimai müzakirəsi və mediada geniş yayılması, bəzən bu cür hadisələrin təkrar baş verməsinə zəmin yaradır”.

Rövşən Nəcəfov - Son müsahib (HEKAYƏ) » islahat.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rövşən Nəcəfov

Klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, bu gün zorakılıq və cinayət halları adi, hətta bəzən normal bir davranış kimi qəbul olunmağa başlayıb. Onun sözlərinə görə, bu hallar cəmiyyətdə artıq bir çıxış yolu, problem həlli kimi təqdim edilir və bu da onların təbliğ olunmasına, yayılmasına şərait yaradır. “Müasir yeniyetmələr ailədə, məktəbdə və ümumiyyətlə, sosial mühitdə sağlam nümunələrdən məhrum olduqları üçün düzgün davranış modelləri formalaşmır. Elmin, təhsilin nüfuzu azaldıqca, savadsızlıq və səthi düşüncə tərzi cəmiyyətə hakim olur. Rəqəmsal dünyada intellektual dəyərlər geri plana keçir, populyarlıq, mənasız məşğuliyyətlər önə çıxır. Bu isə bütövlükdə cəmiyyət üçün ciddi təhlükədir”.

Psixoloqun fikrincə, hazırkı ailə mühitində uşaqlar çox vaxt nə hiss etdiklərini ifadə edə bilmir, valideynləri ilə səmimi ünsiyyət qura bilmirlər: “Uşaqlar özlərini eşidilməmiş, başa düşülməmiş hiss edirlər. Bu da onlarda aqressiya, inamsızlıq və cəmiyyətdən uzaqlaşma halları yaradır. Ailədə və məktəbdə anlayış, sevgi və məsuliyyət görməyən gənclər bəzən özlərini zorakı davranışlarla ifadə etməyə çalışırlar. Valideynlə övlad arasında yaranan boşluğu isə sosial media, küçə və təsadüfi “nümunələr” doldurur”.

Nəcəfov vurğulayıb ki, məktəblərin tərbiyə sahəsində rolu zəif qalıb. Təhsil əsasən formal şəkildə aparılır, amma uşaqlara həyat bacarıqları öyrədilmir. Onun fikrincə, məktəb psixoloqlarının imkanları artırılmalı, onlara real səlahiyyətlər və lazımi resurslar verilməlidir: “Hər məktəbdə empatiya, ünsiyyət bacarıqları, emosional intellekt, məsuliyyət və qərarvermə kimi sahələr üzrə təlimlər keçirilməlidir. Hüquq və psixologiya fənləri məktəb proqramına daxil edilməli, bu dərslər şagirdlərə mütləq şəkildə tədris olunmalıdır ki, həm öz hüquqlarını, həm də başqalarının sərhədlərini anlaya bilsinlər”.

Psixoloq qeyd edib ki, cəmiyyətin bütövlükdə tərbiyə prosesində rolu var və bir uşağın davranışına yalnız ailə deyil, ətraf mühit də cavabdehdir: “Hər kəsin biganə yanaşdığı hadisələr, sabah fərqli formalarda onun qarşısına çıxa bilər. Heç kim bu prosesdən sığortalanmayıb. Əgər indidən bu problemlərə ciddi yanaşmasaq, gələcəkdə onların qarşısını almaq mümkün olmayacaq. Zorakılıq mühitində böyüyən gənclik, zorakılıqla idarə olunan bir gələcək yaradacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

5 ildir ki, Füzulidə Azərbaycan işığı yanır – VİDEO

Next

ATƏT sədri müxalifətçi rolunda

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv