Cəmiyyət 

Bahalaşma balıq bazarını da “VURDU”: satıcılar şikayətlənir VİDEO

Bazarda balığın satış qiyməti son günlər əhəmiyyətli dərəcədə yüksəlib.

Satıcılar Musavat.com-a bildiriblər ki, balığın bir kiloqramı orta hesabla 2-3 manata qədər bahalaşıb.

Bir neçə həftə əvvəl 10-11 manata satılan “Farel” balığı hazırda 12-13 manata təklif olunur.

Diqqətçəkən digər məqam isə qiymətlərin yüksək olmasının məhsulun çeşidinə təsir etməsidir. Satıcıların sözlərinə görə, bazarda əsasən “Farel” balıqları satılır, çünki onlar süni şəkildə yetişdirilir. “Kütüm”, “Xəşəm” kimi balıqlar isə qıt olduğuna görə gətirilmir.

Reportajın daha geniş versiyasına videomaterialda baxa bilərsiniz.

Afaq Mirayiq,
Montaj:Rafət Şahbazov
Musavat.com

Daha çox xəbərlər