Prezidentin Serbiyaya səfəri gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.
Musavat.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç deyib.
“Prezident İlham Əliyevin səfərinin baş tutacağını gözləyirik. Bundan sonra Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycana səfər edəcək”, – Covan Canciç bildirib.

