Siyasət 

“Cənab İlham Əliyev nəinki dövlət içində dövlət qurmaq istəyən xainlərə…” – Deputat sərt danışdı

Deputat Bəhruz Məhərrəmov Milli Məclisdəki çıxışında bir sıra məqamlara diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, 22 il əvvəl – 2003-cü ilin bu günü müzəffər lider, Prezident İlham Əliyev Konstitusiyanın 103-cü maddəsini rəhbər tutaraq ilk dəfə dövlət başçısı kimi dövlətin müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyini vəd vermişdi:

“Vəd vermək siyasətçinin fəaliyyət metodudur və dünya təcrübəsində liderlərə bir qayda olaraq verdiyi vədləri yerinə yetirmək ya tarixi şərait, ya da vədlərin özünün miqyası baxımdan müəssər olmur.

BEHRUZ.jpg (80 KB)

Açıq desək, 2003-cü ilin tarixi şəraitində, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada cənab İlham Əliyevin işğala məruz qalmış bir ölkə ilə müqayisədə miqyası hədsiz böyük olan vədlərini yerinə yetirmək ağlasığmaz görünürdü. Amma cənab İlham Əliyev hələ o zaman nümayiş etdirdi ki, nəyi nə zaman necə edəcəyini bilir.

22 illik yaxın tarixə nəzər yetirsək, birmənalı şəkildə deyə bilərik ki, ötən dövrün hər günü cənab İlham Əliyev bizi ümummilli məqsədlərə daha da yaxınlaşdırıb”.

Bəhruz Məhərrəmov bildirib ki, ötən 22 ildə Prezident İlham Əliyev nəinki dövlət içində dövlət qurmaq istəyən xainlərə və səfirliklərdə bir bakal alma şirəsi müqabilində narıncıya boyadılmış radikal klounlara meydan vermədi, əksinə, milli iradəni tarixin heç bir dövründə olmadığı qədər iqtidar sahibi etdi:

“Bütün maneələrə baxmayaraq, əzmlə həyata keçirdiyi strategiya nəticəsində siyasi müstəqilliyin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ordu və müdafiə sənayesi quruculuğu bizi böyük hərbi-siyasi zəfərə daşıdı.

Beşinci ildönümünü qeyd etdiyimiz bu zəfərlə isə Cənab İlham Əliyev mövcudiyyət tariximizdə ilk dəfə hər kəsi, xüsusən onilliklər boyu bizi hesaba almayanları, istehza ilə məğlubiyyətə göz yummağa çağıranları, barəmizdə bizsiz qərar verənləri bizimlə hesablaşmağa vadar etdi, təcavüzkar “böyük Ermənistan” mifini qırmaqla Cənubi Qafqazda sülhü, sabitliyi təhdid edən situasiyanı aradan qaldırmış oldu, Azərbaycan və Ermənistanın öz simalarında bölgəmizin hərb meydanından əməkdaşlıq platformasına transformasiyası istiqamətində real nəticələrə aparan status-kvoya nail oldu”.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər