Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İslamı gözdən salanların arxasında onlar dayanır

By Vüsal Rafiqoğlu
31.10.2025 3 Min Read

Rəsul Mirhəşimli deyir ki, bu təbliğatın arxasında dayanan beynəlxalq güclər ideoloji maraqları çərçivəsində hərəkət edirlər

Son dövrlərdə sosial şəbəkələrdə bəzi şəxslərin İslam dinini gözdən salan, dini dəyərləri aşağılayan və ictimai narazılıq yaradan videolar paylaşması geniş müzakirələrə səbəb olur. Sanki bu qrup şəxs İslamın mahiyyətinin məhz bu cür mənfi və aşağılayıcı xüsusiyyətlərlə səciyyələndiyini sübut etməyə çalışır. 

Məsələn, hansısa pirdə kiminsə iməkləyərək yeri öpməsini, yaxud bir şəxsin avtobusda namaz qılmasını paylaşaraq inanclı insanları təhqir edirlər. Bu cür paylaşımlara xüsusilə Qurban və Ramazan aylarında, eləcə də Məhərrəm ayında tez-tez rast gəlinir. Bəziləri isə bildirir ki, bu materialların bir qismi real hadisələri əks etdirmir, məqsəd, sadəcə, dini dəyərləri gözdən salmaq və insanları Allah yolundan uzaqlaşdırmaqdır. Belə yanaşmalar cəmiyyətdə dini dəyərlərə hörmət, ifadə azadlığı və mənəvi məsuliyyət məsələləri ətrafında ciddi fikir ayrılıqları yaradır, eyni zamanda sosial medianın təsir gücü və onun mənəvi dəyərlərin qorunmasındakı rolu ilə bağlı mühüm suallar doğurur.

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

Araşdırmaçı jurnalist, dini məsələlər üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bəzi insanlar və qruplar İslam dinini və müsəlmanları məqsədli şəkildə hədəfə alırlar: “Bu cür qruplar dinin əsl mahiyyətindən uzaq, təhrif olunmuş obrazlar formalaşdırmağa çalışırlar. Müxtəlif sosial platformalarda yayılan və İslamla heç bir əlaqəsi olmayan görüntüləri paylaşmaqla, guya bu dinin tərəfdarlarının gerilikçi, cəhalət içində yaşayan insanlar olduğunu göstərməyə cəhd edirlər. Halbuki bu görüntülərdəki biət, xurafat və cəhalət nümunələri ilə İslamın heç bir əlaqəsi yoxdur. Əksinə, düşünən, savadlı və imanlı hər bir müsəlman bu kimi halları rədd edir, belə davranışların dinin mahiyyətinə zidd olduğunu yaxşı bilir.

Bu təbliğatçıların dilində çox zaman bu ifadələr tez-tez səslənir: “Qurani-Kərimi dəfələrlə oxumuşam”. Lakin onların anlamadığı əsas məqam budur ki, Qurani-Kərim təkcə oxunmaq üçün nazil edilməyib. Quran  bədii əsər deyil ki, oxuyub kənara qoyasan. Allah bu Kitabda insanlara təkcə oxumağı deyil, oxuduqlarını dərk edib, oradakı əmrlərə əməl etməyi, həyatda tətbiq etməyi bəyan edir. İslamın mahiyyəti ədalət, əxlaq, ədəb, mərhəmət, ibadət və elmdir. Haramdan çəkinmək, insanlara yaxşılıq etmək, ədalətli olmaq kimi prinsiplər bu dinin əsas sütunlarını təşkil edir.

Bu prinsipləri görməzdən gəlib, xurafat və cəhaləti İslam adı ilə təqdim edənlər əslində dinin düşmənlərinə xidmət edirlər. İslam dini insanı elmsizliyə yox, elmə, maarifə və savada dəvət edir. Peyğəmbərimiz Hz.Məhəmməd (s) “Elm öyrənmək hər bir müsəlmana vacibdir” buyuraraq, bilik və düşüncənin dində nə qədər mühüm yer tutduğunu göstərib. Xəstəlik zamanı həkimə müraciət etməyi də bu din təşviq edir, çünki səbəblərə sarılmaq da Allahın əmrlərindəndir. Şəfanı verən Allahdır, lakin həkimdən imtina edib, falçı və baxıcılardan mədəd ummaq İslamın qadağan etdiyi, lənətlədiyi, insanı azdıran ən pis əməllərdəndir”.

Mütəxəssis qeyd edir ki, tarixdə də buna bənzər yanlış düşüncə nümunələri çox olub: “Məkkədə Hz. Məhəmmədə (s) qarşı çıxan Əbucəhl öz dövrünün ən savadlı, nüfuzlu şəxslərindən idi. Amma o, öz savadını haqqı tanımaq üçün deyil, ona qarşı çıxmaq üçün istifadə etdi. Elə bu səbəbdən də tarixdə “Cəhlin atası” kimi qaldı. Bu fakt bizə göstərir ki, təkcə savadlı olmaq yetərli deyil, elm ədalət və imanla birləşməsə, insanı azdırar.

Müsəlmanları neqativ cəhətləri ilə göstərməyə çalışanların məqsədi aydındır. Bu məqsəd dinin nüfuzunu zəiflətmək, müsəlman cəmiyyətlərində özünə inamı sarsıtmaq, dini dəyərləri gözdən salmaq və nəticədə mənəvi boşluq yaratmaqdan ibarətdir. Bu təbliğatın arxasında dayanan beynəlxalq güclər isə ideoloji, siyasi və iqtisadi maraqları çərçivəsində hərəkət edirlər. Onlar İslamın birləşdirici, ədalətə çağıran və zülmə qarşı çıxan mahiyyətindən qorxurlar. Çünki ədalətli, savadlı və imanlı cəmiyyətlər asanlıqla idarə edilə bilmir.

İslam dini insanları azad düşünməyə, doğruya yönəlməyə, zülmə qarşı dayanmağa çağırır. Bu səbəbdən də onu gözdən salmaq istəyənlər əslində ədalətin, mənəviyyatın və insani dəyərlərin düşmənidir. Lakin unutmaq olmaz ki, Allahın nuru əbədidir. Nə qədər təbliğat aparılsa da, haqq həmişə batili üstələyəcək, İslamın mahiyyətini anlayan insanlar bu cəhdlərin arxasındakı niyyəti görəcək.

Ağlı başında olan müsəlman deyir ki, Kəbənin, Hz.Əlinin (ə) rəsmlərini tortun üzərinə yerləşdirib, sonra bu tortu kəsən dinə və Əhli-Beytə (ə) hörmətsizlik edir, yenə hədəfə götürülən müsəlmanlar olur. Hər kəsin hərəkətinə qiymət vermək fərdi olmalıdır. Bir fərdin səhv və yanlışlarını ümumiləşdirib, bütün inanclı insanlara aid etmək, ən yumşaq şəkildə desək, onların qəlbini qırmaqdır. “Kimsənin qəlbini qırma, bəlkə qırdığın qəlbdə Allah var”, buyurulub. Kimsənin haqqına girməyə çalışmayın, yoxsa bu vəbalın altından qalxa bilməzsiniz”.

Hazırladı: Afaq Mirayiq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hikmət Hacıyevdən diplomatların Cəbrayıl və Zəngilana səfəri ilə bağlı PAYLAŞIM

Next

Erkən nikahlar artıq cəriməsiz qalmayacaq

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv