Siyasət 

İran səfiri Ağbənd-Kəlalə avtomobil yolunun Naxçıvan üçün əhəmiyyətindən danışdı

Ağbənd-Kəlalə avtomobil yolunda yeni keçid məntəqəsi iqtisadi və tranzit imkanlarını genişləndirəcək.

Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya açıqlamasında bildirib.

Diplomat Naxçıvan üçün tranzit və iqtisadi imkanların yeni mərhələsini diqqətə çatdırıb.

“Ötən 35 il ərzində region işğal altında olanda Azərbaycan Naxçıvana çıxış üçün İran ərazisindən istifadə edirdi. İndi də sərhədin o tərəfinə baxsanız, yük maşınları və avtobusların hərəkət etdiyini görərsiniz. Eyni zamanda, İranda da bu cür quruculuq işləri aparılır ki, yeni imkanlar yaransın. Gələn aylarda Ağbənd-Kəlalə yeni keçid məntəqəsi açılacaq və bizim iqtisadi əlaqələrimiz üçün, o cümlədən nəqliyyat və tranzit sahəsində yeni imkanlar yaranacaq”, – səfir əlavə edib.

Daha çox xəbərlər