Bərdə rayonunda 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub.
8 Noyabr -Zəfər Gününün 5-ci ildönümü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri birlikdə 44 günlük Vətən müharibəsi zamanı öz qəhramanlıqları ilə Zəfərə yol açan igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edərək, xatirə lövhəsi önünə güllər düzüblər.
Eyni zamanda rayon rəhbəri xiyabanda görülmüş təmizlik və abadlıq işləri ilə yaxından tanış olub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!






