Azərbaycanda onlarla xəbər saytı Cloudflare-dəki qlobal nasazlıq səbəbindən çökdü
Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb.
Musavat.com xəbər verir ki, problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan Cloudflare-də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.
Cloudflare-in infrastrukturunda yaranan texniki problem nəticəsində bir sıra platformalar kimi Musavat.com da daxil olmaqla onlarla xəbər resursu əlçatmaz olub və oxucular saytların yüklənməsində çətinliklərlə üzləşiblər.
Şirkət hazırda problemin səbəblərini araşdırır və xidmətlərin tam bərpa olunması istiqamətində işlər aparılır.

