Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Həbsxana xəstəxanalarına nəzarət sərtləşir

By Vüsal Rafiqoğlu
03.12.2025 2 Min Read

Tələblərin müalicə müəssisələrinin müəyyən şəxslər üçün faktiki olaraq “yumşaldılmış cəza rejimi” funksiyasına çevrilməsinin qarşısını almağa yönəlməsi iddiası doğrudurmu – vəkilin şərhi

Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarında dəyişiklik edilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır.

Həmçinin təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün məhkumların seçilmə qaydası aşağıdakı kimi olacaq:

Məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilən və yerinə yetirilməsi nəzərdə tutulan işlərin görülməsinə yararlı olmalarını təsdiq edən sağlamlıq haqqında tibbi arayış əsasında cəlb edilə bilərlər. Obliqat qruplara aid məişət xidmətinə cəlb edilmiş məhkumlar dövri olaraq ildə 2 dəfə müvafiq tibbi müayinələrdən keçirilməlidirlər.

Təsərrüfat və məişət xidməti işlərinə məhkumlar müvafiq xidmət sahələrinin rəisləri tərəfindən əməliyyat xidməti ilə razılaşdırılmaqla seçilir. Müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə seçilən məhkumların siyahısı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı həmin müəssisələrə keçirilən şəxslərin siyahısı isə PX tərəfindən ədliyyə naziri ilə razılaşdırılır.

Məhkumlar müəssisənin təsərrüfat və məişət xidməti işlərinə cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təyin olunur və əmrdən çıxarışlar onların şəxsi işlərinə əlavə olunur.

Müalicə müəssisələrində məhkumların müayinə və müalicə dövründə təsərrüfat və məişət işlərinə cəlb edilməsinə yol verilmir.  

Təsərrüfat və məişət xidməti işlərinə cəlb olunmuş məhkumlar bir dəstəyə ayrılırlar. Onların vəzifələri müvafiq xidmət sahələrinin rəisləri tərəfindən müəyyənləşdirilir.

Yataqxana tipli adi yaşayış binaları (kameralar) üzrə növbətçilik edən məhkumların vəzifələri bu qaydalarla müəyyən edilir.

Vəkil Roman Qaraşov: 500-dən artıq dilə tərcümə olunan yeganə rəsmi hüquqi  sənəd haqqında | sfera.az

Roman Qaraşov

Vəkil Roman Qaraşov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ədliyyə nazirinin qərarı ilə müalicə müəssisələri daha yüksək institusional nəzarət altına alınır: “Məhkumların belə işlərə yalnız tibb baş idarəsinin verdiyi xüsusi tibbi rəy əsasında buraxılması, seçimin müvafiq əməliyyat strukturları ilə razılaşdırılması və siyahıların mərkəzləşdirilmiş qaydada təsdiqi, müalicə müəssisələrində fəaliyyətin şəffaflığını artıran və fərdi istisnalara yol verilməsini minimuma endirən hüquqi mexanizm formalaşdırır. Bu dəyişikliklər, əslində, müalicə müəssisələrinin rejim yumşaqlığına dair cəmiyyətdə mövcud olan təsəvvürlərin normativ müstəvidə yenidən tənzimlənməsinə yönəlmiş addım kimi dəyərləndirilə bilər. Bununla belə, normativ akt məzmunu etibarilə konkret olaraq “varlı məhkumlar”ı və ya keçmiş dövlət rəsmilərini hədəfə alan hüquqi norma xarakteri daşımır. Lakin hüquq tətbiqi və kriminoloji baxımdan dəyişikliklərin məhz həmin məhkum kateqoriyası ilə bağlı ictimai narazılıqlar fonunda nəzarəti gücləndirmək məqsədinə xidmət etdiyi qənaəti ortaya çıxır. Çünki tibbi arayışın məcburiliyi, əməliyyat-axtarış orqanlarının prosesə daxil edilməsi, müalicə dövründə istənilən işə cəlb edilmənin qadağan olunması kimi tələblər, müalicə müəssisələrinin müəyyən şəxslər üçün faktiki olaraq “yumşaldılmış cəza rejimi” funksiyasına çevrilməsinin qarşısını almağa yönəlib. Nəticə etibarilə, qərar fərqli statusa malik məhkumlar arasında ayrı-seçkiliyin qarşısını alan, cəzanın icrasında bərabərliyi təmin etməyə səy göstərən və ümumi nəzarət mexanizmini gücləndirən hüquqi addım kimi çıxış edir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

5 saat niyə boşa getdi? ABŞ-Rusiya danışıqlarının “qara qutusu” bunları gizlədir…

Next

“Sənə məktub yazıram, yazıram ki, bağışla Qarabağı bizə…”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv