Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakıda silsilə yanğın və partlayışlar təxribatdır? – Kriminoloqdan ŞOK açıqlamalar

By Vüsal Rafiqoğlu
05.12.2025 4 Min Read

Şəmsəddin Əliyev: “Daxili İşlər Nazirliyi bunun öhdəsindən daha yaxşı gəlirdi”; “Çoxmərtəbəli binalar elə bərbad haldadır ki, müdaxilə də etmək mümkündür, hələ…”; “O yanğınlar birmənalı şəkildə qəsdən törədilib”

Son vaxtlar paytaxtın müxtəlif ərazilərində ard-arda baş verən yanğın və partlayışlar ictimai narahatlığı artırıb. Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən faciə günlərlə müzakirə olundu.

Sakinlərin iddialarına görə, hadisənin baş verdiyi binanın zirzəmisində pəncərəsiz, tam qapalı məkanda “LOFT” adlı restoran tikilib və ümumi əmlak hesab olunan sahələr satılıb. Bunun ardınca noyabrın 24-də “AFEN Plaza”da baş verən növbəti partlayış da suallar doğurur. Binada qaz olmadığı halda partlayışın necə baş verməsi, qaz infrastrukturunda hansı boşluqların mövcudluğu barədə yeni müzakirələrə səbəb olub.

a82273c7ea53e055bf97abf1425e7765.jpeg (199 KB)

Ümumilikdə isə binalarda, restoranlarda və kommersiya obyektlərində təhlükəsizlik standartlarının hansı səviyyədə təmin olunması məsələsi gündəmə gəlib. Bu gün səhər saatlarında Lökbatanın “Qobu Park-1” yaşayış massivində baş verən güclü partlayış və yanğın ağır faciəyə səbəb olub. Eyni ailənin iki məktəbli uşağı və anaları hadisə yerində dünyasını dəyişiblər. Faciə anında köməyə qaçan 65–70 yaşlarında bir kişi də tüstüdən boğularaq həyatını itirib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu hadisələr ölkədə ciddi müzakirələrə səbəb olub, insanlar bir ayda bu qədər partlayışın və yanğının baş verməsinin təsadüf olmadığına inanır. Hətta iddia edilir ki, silsilə yanğınlar bir təxribatdır və qəsdən törədilir.

Deyilənlər nə dərəcədə həqiqətə uyğundur?

WhatsApp Image 2025-12-05 at 15.28.20.jpeg (37 KB)

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

“Həm paytaxtda, həm də regionlarda baş verən yanğın hallarını ürək ağrısı ilə qəbul edirəm. Bu hadisələrin bu şəkildə artmasına, genişlənməsinə və bu dərəcədə eskalasiyasına səbəb olan amillər, faktorlar, yaradılan şərait nədir – bunları mütləq araşdırmaq lazımdır. Bu, Fövqəladə Hallar Nazirliyinin başlıca vəzifə funksiyalarıdır. Niyə baş verdi? Nə edək ki, gələcəkdə bu cür hallar təkrar olunmasın? Bu, çox ciddi və diqqətli şəkildə yanaşılması lazım bir məsələdir.

Sovet dövrü ilə müqayisə edəndə bu gün binalarda, hətta birmərtəbəli evlərdə, insanların regionlarda yaşadığı mənzillərdə yanğınların bu qədər artması ciddi narahatlıq doğurur. Həmin dövrlə müqayisədə indi baş verənlərin intensivliyi daha yüksəkdir.

Konstitusiyanın 12-ci maddəsində Azərbaycan dövlətinin ali məqsədi aydın ifadə olunub: Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi, onların layiqli həyat səviyyəsinin qorunması dövlətin ali məqsədidir. Əgər dövləti vahid bir canlı orqanizm kimi qəbul etsək, onun “övladları” qurumlarıdır – bu məqsədin icrasına xidmət etməlidir.

Dövlət mexanizminin bütün strukturları insanların təhlükəsizliyinin təmin olunmasına, onların hüquq və azadlıqlarının qorunmasına və bu dəyərlərə yönələn hər hansı təhlükənin qarşısının alınmasına cavabdehdir. Çünki dövlət buna görə mövcuddur. Sovet dövrü ilə müqayisədə isə o vaxt bu cür hadisələr bu qədər çox deyildi, həm də hadisə baş verdikdə itkilərin sayı bu qədər olmurdu. Dəyən mənəvi və maddi zərərlər də əvvəlkindən qat-qat böyükdür”.

Kriminoloq qeyd edib ki, bu məsələdə müəyyən qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də üzərinə vəzifələr düşür:

“Şəhərsalmanın da bir qaydası var. Çünki çoxmərtəbəli binalarda yanğının söndürülməsi və onun lokallaşdırılması çox çətin olur. Birincisi, belə hündürlükdə yanğınla mübarizə aparmaq üçün böyük və güclü texnika lazımdır. Digər tərəfdən, sakinlərin təxliyəsi tələb olunur – bu isə özü böyük problem yaradır. İnsanların 18–20 mərtəbəli binadan pilləkənlərlə aşağı düşməsi çətinlik yaradır. Aralarında yaşlı insanlar var, qadınlar var, hamilələr var, uşaqlar var. Bütün bu faktorlar yanğın hadisələrinin qarşısının alınmasını və operativ idarə olunmasını daha mürəkkəb edir.

Əvvəlki illərə qayıdıram yenə, o zaman yanğınsöndürmə idarələri, islah-əmək düşərgələri var idi, bu, Daxili İşlər Nazirliyində bir idarə qismində fəaliyyət göstərirdi və zənnimcə, DİN bunun öhdəsindən çox yaxşı gəlirdi. Mən demirəm FHN bunun öhdəsindən gələ bilmir. İndi əvvəlkindən qat-qat müasir texnikalar, müasir suvurma sistemləri, həm avadanlıqlar, həm də borular və digər texniki vasitələr daha yüksək səviyyədədir. Texnikanın səviyyəsi də, bazası da əvvəlkindən xeyli yüksəkdir. Amma hadisələrin sayı artıb.

Yanğını söndürmək kifayət etmir. İlk növbədə səbəbləri araşdırmaq lazımdır. Bu sahədə baş verən hadisələrin qarşısını almaq üçün elmi-tədqiqat laboratoriyalarının və elmi-tədqiqat institutlarının fəaliyyəti çox vacibdir. Çünki əvvəlcə səbəbi öyrənmək lazımdır ki, həmin səbəblərin aradan qaldırılması istiqamətində doğru addımlar atılsın və qabaqlayıcı tədbirlər görülsün”.

Şəmsəddin Əliyev əlavə edib ki, 3 mərtəbəli binada yanğın baş verəndə yanğınsöndürənlər qısa müddətdə müdaxilə edib alovu lokallaşdıra bilir və insanları təxliyə etmək daha operativ olur:

“Bu məsələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, hətta AMEA-nın müvafiq bölmələri də bununla bağlı bu problemləri ciddi şəkildə dəyərləndirməli, yaranan təhlükələri aradan qaldırmaq üçün koordinasiya şəklində tədbirlər görməlidirlər.

Bəzən çoxmərtəbəli binalarda qaz, elektrik və digər enerji xətləri bərbad haldadır. Baxın, beşmərtəbəli binalarda qaz və su xətləri bloklardan elə keçir, divarlarda sallanır. Yəni qeyri-standart şəkildə quraşdırılır. Belə şəraitdə müdaxilə də etmək mümkündür, orada qazsızma da ola bilər, alışmanın baş verməsi də mümkündür. Çünki xətlər elə primitiv şəkildə çəkilib ki, istənilən an qısaqapanmadan yanğınlar törədilə bilər”.

Ekspert deyib ki, bu məsələdə vətəndaşların da günahı az deyil:

“Dəfələrlə televiziyalarda elan edirlər, evdən çıxarkən işığı söndürün, suyu, qazı bağlayın. İnsanlarda özünə güvənmək var. O ki qaldı indiki yanğınların qəsdən törədilməsinə, çoxmərtəbəli binalarda təxribatın olmasını ehtimal etmirəm. Amma regionlarda bir-iki mərtəbəli binaların kül olmasında qəsd görürəm. Olub ki, vətəndaşın həmkəndlisi ilə mübahisəsi olub, qarşı tərəf bunu edib. Misal üçün, Sədərəkdə dəfələrlə yanğın olub. O yanğınlar birmənalı şəkildə qəsdən törədilib. Bu, işbazların qəsdi ola bilər ki, həmin ərazidən getsinlər. Təbii ki, bu hallar araşdırılmalıdır. Araşdırılandan sonra ictimaiyyətə məlumat verilmirsə, artıq bunu deyə bilmərəm. Amma bu məsələyə səthi yanaşmaq olmaz. Necə ola bilər ki, Sədərəkdə bir-birinin ardınca o qədər yanğın olur, insanların əldə etdiyi əmlaka milyonlarla manat zərər dəyir, bunun qarşısı alınmır. Burada qəsd ehtimalı var”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda yeni konsepsiya hazırlandı

Next

Binəqədidə obyektdə partlayış

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv