Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ölkəni bürüyən yanğınlar – səhlənkarlıq, təxribat, yoxsa…

By Vüsal Rafiqoğlu
09.12.2025 3 Min Read

Azərbaycanda ard-arda yanğın hadisələri faciəvi ölümlərə səbəb olub; ekspertlər Fövqəladə Hallar Nazirliyini dərin araşdırmalar aparmağa səslədi

Azərbaycanda ard-arda baş verən yanğın hadisələri cəmiyyəti ciddi şəkildə narahat etməyə başlayıb. Həm Bakıda, həm də müxtəlif bölgələrdə, şəhər və rayonlarda dəhşətli yanğınlar, tüstü boğulmaları, faciəvi ölümlər və yaralanmalarla müşayiət olunan hadisələr qeydə alınır. Hadisələrin intensivliyi və ağır nəticələri gündəmin əsas mövzusuna çevrilib. 

Sonuncu belə hadisə Lökbatanda 4 nəfərin ölümünə səbəb oldu. Bundan əvvəl isə Yevlaxda ölümlə nəticələnən yanğın baş verib. Həmçinin Yasamaldakı yanğında 3 nəfər həyatını itirib.

Mütəxəssislər müxtəlif faktorları ön plana çəkirlər: elektrik xətlərinin köhnəlməsi və normativlərə uyğun olmayan şəkildə çəkilməsi, məişət texnikasının nasaz vəziyyətdə istifadəsi, qızdırıcı cihazların təhlükəsizlik qaydalarına əməl olunmadan işə salınması, binalarda yanğına qarşı sistemlərin, o cümlədən siqnalizasiya, tüstü detektorları, hidrantların ya ümumiyyətlə olmaması, ya da işlək olmaması, sıx və nizamsız tikinti səbəbindən təxliyə yollarının bağlanması, müasir yaşayış binalarında yanğın təhlükəsizliyinə dair standartlara əməl edilməməsi, qaz sızmaları, qayda pozuntuları və profilaktik baxışların vaxtında aparılmaması.

Bəs ard-arda baş verən dəhşətli yanğınların, partlayışların əsl səbəbi nədir? Yəni texniki nasazlıq, diqqətsizlik, yoxsa kimlərinsə məqsədli təxribatı? FHN bu məsələdə hansı məsuliyyəti daşıyır? 

İlham İsmayıl saxlanıldı | sfera.az

İlham İsmayıl

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a bunları bildirib: “Ard-arda hadisələr baş verəndə insanların belə düşünməsi təbiidir. Belə bir fikir formalaşır ki, bəlkə dövlətə təzyiq vasitəsidir. Amma bilin ki, bu, təzyiq vasitəsi deyil. Bu cür hallar terror hadisəsi sayılmır və dövlətə təxribat kimi qiymətləndirilməz. Sadəcə, havaların soyuması ilə elektrik cihazlarından istifadənin artması, cihazların yüklənməsi nəticəsində zəif nöqtələr üzə çıxır və hadisələr də ardıcıl baş verir. Burada kənar qüvvənin təsiri və təzyiq amili ilə əlaqə qurmaq doğru deyil.

Məsul qurumlar payız-qış mövsümünə hazırlıq ərəfəsində ciddi yoxlamalar aparmalı idilər. Bu, həm Fövqəladə Hallar Nazirliyinin, həm də enerji sektorunda fəaliyyət göstərən digər qurumların vəzifəsidir ki, riskli məntəqələri vaxtında yoxlasınlar. Yanğınlar Azərbaycan dövlətinə təzyiq vasitəsi kimi qiymətləndirilməməlidir”.

Sabiq polis rəisi cinayətin detallarını açır | No Comment

 Şəmsəddin Əliyev

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi və kriminoloq Şəmsəddin Əliyevin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Həm paytaxtda, həm də bölgələrdə yanğınların artması ciddi narahatlıq yaradır. Bu qədər hadisənin ardıcıl baş verməsi təsadüfi sayıla bilməz. Bu prosesin arxasında hansı amillərin dayandığını araşdırmaq Fövqəladə Hallar Nazirliyinin birbaşa vəzifəsidir. Nəyə görə bu qədər yanğın baş verir və bunu gələcəkdə necə önləmək olar – bu suallar cavablandırılmalıdır”.

Onun sözlərinə görə, sovet dövrü ilə müqayisədə indi həm çoxmərtəbəli binalarda, həm də adi yaşayış evlərində yanğınların intensivliyi daha yüksəkdir. Bu isə artıq sadəcə bir texniki hadisə yox, dövlət təhlükəsizliyi baxımından araşdırılmalı sahədir. Şəmsəddin Əliyev konstitusiyanın 12-ci maddəsini xatırladaraq vurğulayıb ki, dövlətin ali məqsədi vətəndaşların təhlükəsizliyi və layiqli yaşayışıdır və bütün dövlət qurumları bu məqsədə xidmət etməlidir.

Kriminoloq həmçinin Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə düşən öhdəlikləri də qeyd edib: “Çoxmərtəbəli binalarda yanğının lokallaşdırılması çox çətindir. Bu cür binalarda hündürlük, sakinlərin təxliyəsi, yaşlılar və uşaqların təhlükəsiz şəkildə çıxarılması kimi problemlər yaranır. Üstəlik, bəzi binalarda qaz və elektrik xətləri illərdir standartlara uyğun deyil, divarlardan keçən köhnə xətlər həm qısaqapanma, həm də partlayış riski yaradır”.

Onun fikrincə, FHN, DİN, Şəhərsalma Komitəsi və AMEA müvafiq qurumlarla birlikdə ekspertiza aparmalı, riskli məntəqələri müəyyən edib koordinasiyalı tədbirlər görməlidir. Yanğının söndürülməsi kifayət etmir – səbəblər araşdırılmalı və elmi əsaslı qabaqlayıcı tədbirlər hazırlanmalıdır.

Ekspert vətəndaş məsuliyyətinin də vacibliyini vurğulayıb: “İnsanlar çox vaxt evdən çıxarkən qazı, işığı bağlı qoymur. Bu da riskləri artırır. Çoxmərtəbəli binalarda qəsdən yanğın ehtimal etmirəm, amma regionlarda bəzən hadisələr qəsdən törədilir. Sədərəkdə dəfələrlə belə hallar olub və orada qəsd ehtimalı böyükdür. Bəzi işbazlar ərazini ələ keçirmək üçün bu üsullara əl ata bilirlər”.

Şəmsəddin Əliyev hesab edir ki, ardıcıl baş verən yanğınların hər biri ciddi araşdırılmalı, nəticələr isə ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ən etibarlı sobalar – “səssiz qatil” fəlakəti davam edir

Next

Yeni ildə neçə gün iş olmayacaq?

Xəbər lenti

  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv