Cəmiyyət 

İkinci Fəxri Xiyabanda AZAL ekipajının xatirəsi anılır

Bu gün İkinci Fəxri Xiyabanda AZAL-ın təyyarəsinin Aktau yaxınlığında baş verən qəzada həlak olmuş ekipajının xatirəsi yad edilir.

Musavat.com xəbər verir ki, tədbirdə mərhumların yaxınları, ailə üzvləri və iş yoldaşları iştirak edir.

Anım mərasimində ekipaj üzvlərinin peşəkarlığı, vətənpərvərliyi və əməyi xatırlanıb. İştirakçılar mərhumların xatirəsini ehtiramla anaraq, ailələrinə səbr və dəstək ifadə ediblər.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Musavat.com

Daha çox xəbərlər