Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezidentdən xalqa “HAZIR OLAQ” mesajı – 2026-da…

By Vüsal Rafiqoğlu
02.01.2026 3 Min Read

“Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”.

Musavat.com xatırladır ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib.

Dövlət başçısı deyib ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Onun sözlərinə görə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir: “Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur”.
Prezidentin “Kim güclüdür, o da haqlıdır” fikri regionumuz üçün hansı risklərin olduğunu ehtiva edir? İ.Əliyevin “Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq” mesajı nə kimi hazırlıqdan xəbər verir?

“Regiondakı riskləri nəzərə alsaq…” 

Deputat Elşad Musayev Musavat.com-a deyib ki, Prezident beynəlxalq hüququn işləmədiyini demək istəyib və Ukrayna münaqişəsi, Qəzza hadisələri buna dair ən acı nümunələrdir. Onun sözlərinə görə, Azərbaycan dünya nizamının pozulduğu belə bir dövrdə 5 il əvvəl torpaqlarını işğaldan azad edib, lakin Ermənistanda revanşist qüvvələr, separatçı qruplar, lobbi və diaspor hələ də “Qarabağ uğrunda mübarizə” davam edəcəyini söyləyir, Rusiyada Kremlin ayrı-ayrı propoqandistləri məsələnin yarımçıq qaldığını bildirir ki, bu da regionda keçmiş münaqişənin yenidən alovlanmasında maraqlı qüvvələrin olduğunu göstərir: “Ona görə də 2026-cı il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik 8,7 milyard manat təşkil edəcək. Çünki Ermənistanla sülh quruculuğu istiqamətində mühüm addımlar atılsa da, regiondakı riskləri, Cənubi Qafqazda kövrək təhlükəsizliyi nəzərə alaraq müdafiə qabiliyyətimizi gücləndirməliyik. Bu, heç də Azərbaycanın müharibəyə hazırlığı mənasını daşımır. Cənab Prezident də çıxışında qeyd edib ki, biz müharibə istəmirik və buna hazırlaşmırıq. Sadəcə, postmünaqişə dönəmində regionda olan təhdidlərdən irəli gələrək müdafiə tədbirlərini gücləndirmək məcburiyyətindəyik”.

Elşad Musayev: "Paşinyan sülh müqaviləsini 2026-cı ilə qədər uzadacaq"

E.Musayev bildirib ki, Qarabağ münaqişəsi keçmişdir və qapanıb, bunu yenidən başlamaq istəyən kənar güclər isə bölgədə dayanıqlı sülhü istəməyənlərdir: “Azərbaycan ötən il Ermənistanla sülh yolunda iri addımlar atıb. Əvvəlcə Vaşinqtonda sülh mətni paraflanıb, sonra tranzit qadağasını aradan qaldırmışıq, həmçinin neft məhsullarımızı Ermənistana göndərmişik, eyni zamanda, qarşılıqlı səfərlər, təmaslar olub… Bütün bunlar etimad mühitini möhkəmləndirir və hərbi eskalasiya risklərini sıfırlayır. Ümid edirik ki, Ermənistanda martda mətni hazır olacaq yeni konstitusiya tezliklə qəbul ediləcək, sonra yekun sülh müqaviləsi imzalanacaq. Azərbaycan Ordusu isə Ali Baş Komandanın dediyi kimi, hər bir vəziyyətə hazırdır”. Deputat əlavə edib ki, sadəcə, dünyada beynəlxalq münasibətlər korlanıb, BMT qərarlarına əməl olunmur, Rusiya Ukraynada beşinci ildir ki, hərbi cinayətlər törədir, cənub qonşumuz İranın hər an İsraillə növbəti müharibəsi başlaya bilər, bu da Azərbaycan üçün öz təhlükəsizliyini daha da gücləndirməyi zəruri edi.

“Ordumuz əvvəlkindən də peşəkar və güclüdür” 

image

Hərbi ekspert Ramil Məmmədli isə ötən il Ordumuzun müxtəlif təlimlərdə iştirak etdiyini yada salaraq Silahlı Qüvvələrimizin ildən-ilə peşəkarlığının artdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistanla xüsusi təyinatlılarının birgə hərbi təlimləri olub, sonra İran, Pakistan və ərəb ölkələri ilə birlikdə təlimlər keçirilib: “Habelə, hərbi dəniz qüvvələrinin də təlimləri gerçəkləşib, türkdilli dövlətlərlə birgə hərbi təlimlərimiz olub. Bundan başqa, NATO ilə əməkdaşlığımız genişlənir, müxtəlif təcrübə proqramları keçirilir, məşğələlər təşkil olunur. Eyni zamanda, Azərbaycan hərbi sənaye kompleksini inkişaf etdirir. Ötən il özümün də iştirak etdiyi müxtəlif ölkələrdə keçirilən sərgilərdə silahlarımız nümayiş etdirilib, həmçinin müasir silahlar alınaraq arsenalımıza cəlb olunub. Bu addımların səbəbi müdafiə imkanlarımızı gücləndirməyə hesablanıb. Yəni məqsəd Ermənistanla yeni müharibə deyil. Buna zərurət də yoxdur. Çünki biz Ermənistandan yerdə qalan 4 anklav kəndi istəyirik, bu da delimitasiya prosesi ilə həllini tapacaq. Sadəcə, hər bir dövlət kimi müdafiəmizi gücləndiririk. Üstəlik, hansı regionda yaşadığımızı nəzərə almalıyıq. Yəni qonşularımız İsveçrə və ya Avstriya deyil”.

R.Məmmədli 2026-cı ildə sərhəddə hər hansı həbri toqquşmalar gözləmir. Onun fikrincə, Ermənistan 44 günlük müharibədən sonra dərs çıxarıb və cəmiyyət də döyüş əhval-ruhiyyəsində deyil: “Onlar Ordumuzun qüdrətini gördülər. Bu gün qalib Ordumuz 5 il əvvəllə müqayisədə daha da qüdrətli və peşəkardır. Ermənilər anlamlıdırlar ki, bu 5 ildə əl-qolumuzu sallamamışıq. O baxımdan, erməni cəmiyyəti həm Ordumuzun qüdrətini görür, həm müttəfiqlərimizin gücünü, həm də beynəlxalq şəraitin nədən ibarət olduğunu hesablaya bilir. Bu mənada, Paşinyan xalqına göstərir ki, yeni müharibə növbəti fəlakət deməkdir, sülh isə Bakı neftinin Ermənistana göndərilməsi, Qazaxıstan taxılının tədarükü deməkdir…”

Emil Salamoğlu
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Next

Sürücülərin nəzərinə!

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv