Yanvarın 15-də havanın temperaturu dəyişəcək
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiyada Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcədən 3 dərəcəyədək, gündüz 4 dərəcədən 6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə -2 dərəcədən şaxtdan 3 dərəcədək, gündüz 4 dərəcədən 8 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -11 dərəcədən -16 dərəcəyədək, gündüz -2 dərəcədən -5 dərəcəyədək olacaq.

