Arzu Əliyevanın doğum günüdür
Yanvarın 23-ü Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.
Publika.az xatırladır ki, Arzu Əliyeva 1989-cu ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.
2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.
İki övladı var.
Publika.az kollektivi adından Arzu Əliyevanı təbrik edir, cansağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayırıq!

