Kəlbəcərdə kvadratı 1700 manata mənzillər satılır
Kəlbəcər şəhərində satış məqsədilə yeni çoxmərtəbəli binaların inşasına başlanıb.
Mənzillər artıq satışa da çıxarılıb.
Kompleksin daxilində 6 yaşayış binası və ümumilikdə 9 blok mövcud olacaq.
Qiymətlərə gəldikdə isə təmirsiz mənzilin 1 kvadrat metri 1700 manata satılır. Təmirli mənzilin 1 kvadrat metri 2100, divarları ağardılmış (white box) isə 1800 manatdır./Milli.az/

