Hava ilə bağlı XƏBƏRDARLIQ: Fevralın 6-da…
Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

