Gündəm 

DƏYƏRLİ QADIN,GÖZƏL XANIM, GÜNÜNÜZ MÜBARƏK!

Şeyda Əzizova Əziz qızı – həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə seçilən Azərbaycan xanımıdır.
O, sözün gücünə məsuliyyətlə yanaşan, cəmiyyətin maariflənməsində öz əməyini əsirgəməyən bir ziyalıdır. Media sahəsində dürüstlüyü və obyektivliyi, pedaqoji fəaliyyətində isə səbr və qayğıkeşliyi ilə nümunə göstərilən simalardandır.
Aran Media İnformasiya GROUP olaraq keçmişdən bu günə kimii bir çox uğurlu və yaddaqalan tədbirlərə imza atmışıq. Bu tədbirlərin hər birində peşəkarlığı ,yüksək səviyyəli təşkilatçılığı ilə Şeyda Əzizovanın imzası danılmazdır . Gördüyümüz işlərin keyfiyyəti Şeyda Əzizovanın idealarının məhsulu olub,olmağa da davam edir.Bu baxımdan Şeyda xanımın fəaliyyəti Aran Media GROUP üçün hər zaman önəmli və təqdirəlayiqdir.
Şeyda xanımın fəaliyyəti yalnız bu günə deyil, gələcəyə xidmət edir. Gənc nəslin düzgün formalaşmasında, düşünən və araşdıran fərdlər kimi yetişməsində onun zəhməti danılmazdır.Özünün də dediyi kimi:”Sağlam ruhlu sağlam gələcəkli sağlam cəmiyyət qurmaq”- onun missiyasına çevrilmişdir.Şeyda Əzizova mrdia fəaliyyətindən əlavə ilk növbədə bir müəllimdir.O Azərbaycan təhsilinin dəyərlərindəndir.”İlin Müəllimi” gördüyü işlərə görə bir çox fəxri fərman və sertifikatlarla təltif olunmuşdur.
Əziz Şeyda xanım,dəyərli pedaqoq bu əlamətdar gün münasibətilə Sizə möhkəm can , uzun ömür, tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq. Qəlbinizdəki işıq daim yolunuzu aydınlatsın və bu işıq hər zaman gələcəyi aydınlatsın.
Doğum gününüz mübarək olsun, Şeyda Əzizova!
Hörmətlə:
ARAN MEDİA İNFORMASİYA GROUP KOLLEKTİVİ
Hazırladı:
NƏRMİN POLADQIZI

Daha çox xəbərlər