Prezidentin təltif etdiyi general-mayor kimdir?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib.
Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər.
“Vətən uğrunda” medalı ilə təltif olunanlardan biri də general-mayor Qarayev Natiq Sahib oğludur. Musavat.com xəbər verir ki, Natiq Qarayev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisidir. O bu vəzifəyə 2021-ci ildə Prezident İlham Əliyev sərəncamı ilə təyin olunub. Elə həmin il də ona dövlət başçısının digər sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.

