Hadisə 

Zavod işçisi avtobusda ÖLDÜ

Sumqayıtda zavod işçisi avtobusda ölüb.

Kimyaçılar qəsəbəsində yerləşən “Azərkimya İB Etilen-Polietilen” zavodunun qarşısında zavoda məxsus “İsuzu” markalı avtobusda 1968-ci il təvəllüdlü Abşeron sakini  Səlim Məmmədov qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır./qafqazinfo

Daha çox xəbərlər