İran raketləri İsrail səmasında – VİDEO
Yaxın Şərqdə gərginlik kritik həddə çatıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və regional kanallarda yayılan məlumatlara əsasən, İran tərəfindən buraxıldığı iddia olunan raketlər Təl-Əviv istiqamətində hərəkət edib.
Bildirilir ki, İsrailin mərkəzi bölgələrində hava həyəcanı siqnalları səslənib, əhali sığınacaqlara yönləndirilib. Yerli mənbələr bir neçə partlayış səsinin eşidildiyini, hava hücumundan müdafiə sistemlərinin aktiv iş rejiminə keçdiyini yazır.
Eyni zamanda, bəzi raketlərin Qəzza zolağı istiqamətindən görüntüləndiyi və həmin anların fotolarının yayıldığı qeyd olunur. Hələlik hücumun miqyası və mümkün dağıntılar barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

