O ceyranları siz görməmisiniz – Fotolar
Şirvan Milli Parkında nadir rast gəlinən ağ ceyranlar görünüb.
Musavat.com xəbər verir ki, belə rəng heyvanlarda rəng piqmentinin qismən itirilməsinə səbəb olan genetik mutasiya ilə bağlıdır.
Bu cür rəngə malik heyvanların yaşaması daha çətin olur, çünki onlar digərlərindən seçilir və yırtıcılar üçün daha asan hədəfə çevrilə bilirlər.
Belə ceyranlar kifayət qədər nadir olur və təxminən hər 2000–5000 fərddən birinə rast gəlinir.
Bununla bağlı Lyokinin çəkdiyi fotoları təqdim edirik.
Şahanə Rəhimli
Musavat. com



