Azərbaycanda AĞIR QƏZA: Xəsarət alanlar var
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qəzada xəsarət alanların “Opel”in sürücüsü Ruhani Cəfərov, sərnişinləri – 1989-cu il təvəllüdlü Rəvanə Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Əsədova olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)

