Gündəm 

Ukrayna Azərbaycanla iqtisadi əlaqələri dayandırır- İLGİNC SƏBƏB

Azərbaycaın GUAM-dakı daha bir müttəfiqi (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Müstəqil Dövlətlər Birliyində çıxmaq prosedurunun son mərhələsinə gəlib.  Belə ki, hələ də bu təşkilatla üzləşə bilməyən Ukrayna hökuməti MDB daxilində bağlanmış daha 116 müqaviləni ləğv edib.
Picture backgroundMusavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevin MDB ilə birdəfəlik üzlüşməyin son mərhələsinə qədəm qoyduğunu bəyan edib. Andrey Sibiqa bildirib ki, Kiyev MDB ilə son hüquqi əlaqələrini də kəsir. O qeyd edib ki, Ukrayna Nazirlər Kabineti Rusiya, Belarus və Müstəqil Dövlətlər Birliyi (MDB) hökumətləri ilə bağlanmış 116 beynəlxalq müqaviləni ləğv edən qətnamə qəbul edib. Xüsusilə, hökumətin qərarında 25 müqavilənin ləğvi və daha üçünün ləğvi nəzərdə tutulub. Bundan əlavə, Ukrayna Rusiya və Belarus arasında bir üçtərəfli müqavilə də daxil olmaqla 88 beynəlxalq müqavilədən çıxıb.
Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini Yevgeni Semibratov “NQ” verdiyi açıqlamada deyib ki, Kiyevin üstündən xətt çəkdiyi sənədlər təkcə Rusiya ilə münasibətləri deyil, Ukraynanın həm də Azərbaycan, Ermənistan və Qazaxıstan kimi ölkələrlə uzun müddətdir mövcud olan ticarət və iqtisadi əməkdaşlığına da hüquqi olaraq son qoyub.
Qeyd edək ki, Bakının GUAM-dakı daha bir müttəfiqi Moldova da Avropa İttifaqına üzvlüklə bağlı referendumdan sonra MDB-dən çıxmaq prosedurlarını sürətləndirib. Bu ayın əvvəlində Moldova MDB-nin yaradılması haqqında sazişdən və ona əlavə edilmiş protokoldan çıxıb. MDB çərçivəsində Moldova ümumilikdə 283 saziş imzalayıb. Onlardan 71-i artıq denonsasiya edilib, 60 sənəd bu prosesdədir. Parlament üzvü və keçmiş baş nazir Vasile Tarlev hesab edir ki, MDB yalnız Rusiya deyil- bu, həm də Belarus, Qazaxıstan, Azərbaycan və Moldovanın sərbəst ticarət müqavilələri sayəsində rüsumsuz ticarətdən istifadə etdiyi digər ölkələrdir. Bu bazarlardan imtina etmək ölkə iqtisadiyyatını qəsdən zəiflətmək deməkdir.
post-imgYada salaq ki, Gürcüstan 2008-ci ilin avqust müharibəsindən sonra MDB-ni tərk edib və 2009-cu ildə bu qərar rəsmən qüvvəyə minib. Ukrayna isə MDB-nin təsis sənədlərini heç vaxt ratifikasiya etməsə də, 2014-cü ildən sonra Birliyin strukturlarında iştirakını faktiki olaraq dayandırıb və sonrakı illərdə MDB çərçivəsində bir sıra sazişlərdən çıxıb.

Musavat.com

Daha çox xəbərlər