Rusiyanın İrana göndərdiyi yardım sərhədimizdən keçdi
Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycan vasitəsilə İrana ümumi çəkisi 300 tondan çox humanitar yardım göndərib.
“İki sahil” APA-ya istinadən xəbər verir ki, Rusiyadan göndərilən humanitar yardım karvanı Azərbaycan sərhədindən keçərək İrana yola salınıb.
7 yük avtomobilindən ibarət humanitar yardım karvanında 140 ton qida məhsulları var.

