Kabab sevənlər oxusun
Mütəxəssislər həddindən artıq qızardılmış kababın sağlamlıq üçün yaratdığı risklərlə bağlı xəbərdarlıq ediblər.
Həkimlər yüksək temperaturda və uzun müddət açıq odda bişirilən ət məhsullarında kanserogen maddələrin yaranma ehtimalının artdığını bildirir. Bu birləşmələr onkoloji xəstəliklərin inkişaf riskini yüksəltməklə yanaşı, orqanizmdə erkən qocalma proseslərini də sürətləndirə bilər.
Bildirilib ki, ətin üzərində formalaşan və qismən yanmış qabıq hissələri xüsusilə mədə-bağırsaq traktına mənfi təsir göstərir, selikli qişanı qıcıqlandırır.
Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, ən yüksək risk qrupu həddindən artıq qızardılmış kolbasa və sosislərdir. Tərkibində yüksək miqdarda duz və müxtəlif dad gücləndiriciləri olan bu məhsullarda termiki emal zamanı daha çox kanserogen maddələr əmələ gəlir. (Axşam.az)

