Cəmiyyət 

Aztürk Holdinqinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib- FOTO

Aztürk Holdinqinin kollektivi müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Bu gün Heydər Əliyevin anım mərasimində Azturk Holding kollektivi də iştirak etmişdir. Holdingin prezidenti Güləli Bağırovun rəhbərliyi ilə keçirilən iştirak, ümummilli liderin Azərbaycan dövlətçiliyinə verdiyi misilsiz töhfələrə hörmət və ehtiramın ifadəsi olmuşdur.

Mərasim zamanı Ulu Öndərin əziz xatirəsi dərin hörmətlə yad edilmiş, onun müstəqil və güclü Azərbaycanın qurulması yolunda göstərdiyi tarixi xidmətlər xüsusi vurğulanmışdır. Azturk Holding əməkdaşları xalqımızın milli birliyinin və dövlətçilik ideologiyasının formalaşmasında Heydər Əliyevin rolunun əvəzsiz olduğunu bildirmişlər.

Holdingin prezidenti Güləli Bağırov çıxışında qeyd etmişdir ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir və ölkənin beynəlxalq nüfuzunun güclənməsində mühüm rol oynayır. O vurğulamışdır ki, Azərbaycan gəncliyi və iş dünyası Ulu Öndərin dövlətçilik məktəbindən daim ilham almalıdır.

Mərasim yüksək ehtiram və milli birlik ruhu çərçivəsində baş tutmuşdur.

Daha çox xəbərlər