Hava 

Hava kəskin dəyişəcək: SİNOPTİKLƏRDƏN XƏBƏRDARLIQ

Azərbaycanda may ayının ikinci on günlüyü kəskin temperatur artımı ilə müşayiət olunacaq. Ölkə ərazisində havanın temperaturu rekord həddə, 26 dərəcəyədək yüksələcək.

Musavat.com sinoptiklərin proqnozlarına əsasən, xəbər verir ki, mayın 12-dən etibarən ölkə ərazisində sabit, günəşli və yağıntısız hava şəraiti təşkil edəcək.

Paytaxtda və yarımadada həftə ərzində termometrlərin göstəriciləri +16°C-dən başlayaraq +26°C-yədək yüksələcək. Xüsusilə mayın 12-si və 13-də cənub-şərq küləklərinin təsiri ilə havanın daha isti keçəcəyi gözlənilir. Mayın 14-də isə şimal küləyi əssə də, temperatur yüksək səviyyədə, yəni +25°C-də qalacaq.

Təqdim olunan meteoroloji məlumatlara görə, respublikanın müxtəlif şəhər və rayonlarında temperatur göstəriciləri +23°C-yə qədər yüksələcək. Həftəlik proqnozda ən diqqətçəkən məqamlardan biri yağıntı ehtimalının kəskin azalmasıdır.

Mayın 14-də bu göstərici cəmi 2% təşkil edəcək ki, bu da tam aydın və buludsuz hava deməkdir. Günəş şüalarının intensivliyi artdığı üçün mütəxəssislər günorta saatlarında birbaşa günəş altında uzun müddət qalmamağı tövsiyə edirlər.

Qeyd edək ki, günün uzunluğu artmaqda davam edir: mayın 15-də günəş artıq saat 05:24-də doğacaq, 19:48-də isə batacaq./Sfera.az/

Daha çox xəbərlər