Prezidentin xüsusi nümayəndəsindən Şuşa ilə bağlı ÖZƏL AÇIQLAMA
İşğaldan azad edilən ərazilərdə özəl investisiyalar üçün geniş imkanlar var.
Bunu Musavat.com-a özəl açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
“Qarabağ və Şərqi Zəngəzur bölgəsində Şərqi Avropa və Mərkəzi Asiya dövlətlərinin nümayəndələri fəaliyyət göstərir. Şuşada layihələr üzərində iş gedir. Hazırlıqlar davam etdiyi üçün konkret hansı ölkələrin investisiya yatırmaqda maraqlı olduğunu deyə bilməyəcəm. Layihələr təqdim olunduqdan sonra maraqlanan ölkələr yatırım fəaliyyətinə başlaya bilərlər”, – o qeyd edib.
Xüsusi nümayəndə bildirib ki, əsasən turizm infrastrukturuna investisiya edilməsi gözlənilir:
“Hotellər, sanatoriyalar, qonaqlama yerləri ilə bağlı imkanların genişlənməsi gündəmdədir. Şuşaya ancaq Azərbaycan investisiya edib”.
Nigar Həsənli
Musavat.com

