Azərbaycanın 50-dən çox kəndinin adı dəyişib
Azərbaycanda toponimlərinin bərpası prosesi davam edir. Son 10 ildə 50-dən çox kəndin adı dəyişdirilib.
Bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.
O bildirib ki, Milli Məclisin nəzdində Toponimiya Komissiyası tərəfindən yeni yer adları qəbul edilir. Bu yaxınlarda Quba rayonunda 3 kəndin adı yenilənib./Lent.az

