ADY rəsmisi: Bakı-Tiflis qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir
Bakı-Tiflis qatarı Tiflisə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil.
Musavat.com xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.

